Geri

7 iyul 2012-ci il, saat 23:00-dək, ilkin məlumata əsasən

Salyan rayonu, Xalac kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi çəkisi 14 ton ot bağlaması və qonşuda yerləşən həyətyanı sahədə ümumi çəkisi 20 ton ot bağlaması yanmışdır.  Yanğından yaxınlıqdakı tövlələr mühafizə olunmuşdur. Yanğın saat 18:13-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda  6 ha sahədə quru ot yanmışdır.Yanğından ağaclar mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Çinar kəndində (rayon mərkəzindən 18 km aralı) ) vətəndaşa məxsus ümumi sahəsi 35 kv m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakə tövlə mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 46 kv m olan  3 otaqlı evin  mətbəxinin  tavanı 1 kv m sahədə yanmışdır. Yanğın yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür.Yanğın zamanı qonşu, 1973-cü il təv. Hüseynova Yeganə İslam qızı qol nayihəsindən 2-3A dərəcili yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Bərdə mərkəzi şəhər xəstəxanasına aparılmışdır.

 

Geri

7 iyul 2012-ci il,saat 20:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv m olan 2 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanmışdır. Yanğın, yanğın bölmələri hadisə yerinə çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əlibəyli kəndində vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı talvar və bitişik uşaq bağçası mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi  120 kv m olan talvarın altına yığılmış 2 ton ot tayasının 1 tonu yanmışdır.Yanğından talvar və ot tayasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:05-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mehdili kəndi ərazisindən keçən hissəsində “VAZ” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş  Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsü 1980 cı il təvəllüdlü Qarayev Rafiq Teyub oğlunun cəsədinin sudan taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin edilmişlər. Əməliyyat saat 17:30-da başa çatmışdır;  

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv m olan 3 otaqlı mənzilin 1 otağında divan və yataq dəsti 0,5 kv m sahədə yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur.Yanğının kəşfiyyatı zamanı ev sahibi 1933-cü il təvəllüdlü Məmmədova  Bənövşə Bəhram qızının cəsədi aşkar olunmuşdur.Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

7 iyul 2012-ci il,saat 18:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil 1” sularda xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunmuşlar. Hazırda qeyd olunan şəxsin axtarışları üzrə əməliyyat davam etdirilir.

 

Geri

7 iyul 2012-ci il, saat 13:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1936-cı il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın çarpayıda uzanıqlı vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri vətəndaşı müayinə etmiş və onun xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 12:49-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:11-də başa çatmışdır.

 

 

Geri

7 iyul 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda “Bakıelektrikşəbəkə” ASC-yə məxsus ümumi sahəsi 16 kv.m olan tikilinin içərisində olan transformatora gələn kabellər 20 p.m yanmışdır. Transformator və tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli altıotaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus içərisinə kafel-metlaq yığılmış taxta taralar 30 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı anbar və digər taralar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:45-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postundan, təxminən, 700 m məsafədə, nəzarətsiz ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:00-da başa çatmışdır;

Sabirabad şəhərində həyətyanı sahədə 20 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Alxanlı kəndi yaxınlığında 5 ha kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 22:51-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “BMW” markalı minik avtomobili yolun hərəkət hissəsində qazılmış çalaya düşmüşdür. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə şahidlərinin sözlərinə görə, sürücü yaralı vəziyyətdə xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:27-də başa çatmışdır;

Masallı rayonu, Ərkivan qəsəbəsində “VAZ” markalı minik avtomobili və “MAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, minik  avtomobilinin sürücüsü yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:30-da başa çatmışdır;

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.