Geri

7 iyul 2012-ci il,saat 18:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil 1” sularda xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunmuşlar. Hazırda qeyd olunan şəxsin axtarışları üzrə əməliyyat davam etdirilir.

 

Geri

7 iyul 2012-ci il, saat 13:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1936-cı il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın çarpayıda uzanıqlı vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri vətəndaşı müayinə etmiş və onun xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 12:49-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:11-də başa çatmışdır.

 

 

Geri

7 iyul 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda “Bakıelektrikşəbəkə” ASC-yə məxsus ümumi sahəsi 16 kv.m olan tikilinin içərisində olan transformatora gələn kabellər 20 p.m yanmışdır. Transformator və tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli altıotaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus içərisinə kafel-metlaq yığılmış taxta taralar 30 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı anbar və digər taralar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:45-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postundan, təxminən, 700 m məsafədə, nəzarətsiz ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:00-da başa çatmışdır;

Sabirabad şəhərində həyətyanı sahədə 20 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Alxanlı kəndi yaxınlığında 5 ha kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 22:51-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “BMW” markalı minik avtomobili yolun hərəkət hissəsində qazılmış çalaya düşmüşdür. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə şahidlərinin sözlərinə görə, sürücü yaralı vəziyyətdə xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:27-də başa çatmışdır;

Masallı rayonu, Ərkivan qəsəbəsində “VAZ” markalı minik avtomobili və “MAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, minik  avtomobilinin sürücüsü yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:30-da başa çatmışdır;

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.