Geri

6 iyul 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 14:28-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən klinikada ümumi sahəsi 100 kv.m olan laboratoriyanın bir otağında 8 kv.m sahədə asma tavan və 2 kv.m sahədə rəf yanmışdır. Otaqda olan kondisioner yüksək temperaturdan ərimişdir. Laboratoriyanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Seydimli kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 14 kv.m olan köməkçi tikilinin dam örtüyü və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Gündüzqala kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli dördotaqlı evin 3 otağının tavanı 70 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda onaltımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkan qəfəsində elektrik paylayıcısı yanmışdır. Yanğın zamanı binanın 4 nəfər sakini, o cümlədən 3 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyyə edilmiş, mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində 4 saylı uşaq baxçasına məxsus transformatorun çıxış kabelləri 4 p.m yanmışdır. Transformatorun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarından keçən elektrik kabeli 18 p.m yanmışdır. 1 nəfər bina sakini M.Nağıyev adına xəstəxananın Toksikologiya şöbəsinə aparılmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Bakı şəhəri, Xəzər rayonunda qoruq ərazisində 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmış və içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən hər iki şəxs yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 02:57-də başa çatmışdır;

Ağdam rayonu, Hacıməmmədli kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Talvara bitişik olan tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;