Geri

5 iyul 2012-ci il, saat 09:00-dək

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Şıxzahırlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli altıotaqlı evin yanar konstruksiyaları yanmışdır. Köməkçi tikililər və qonşu ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və qonşu ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 15:50-də başa çatmışdır;

Günün müxtəlif saatlarında Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 4 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1961-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 21:07-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və altına yığılmış 5 kub.m taxta materialları yanmışdır. Talvarın və taxta materialların qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə  olunmuşdur. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,  Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində “Mercedes” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Cavad Yaşar oğlu Məmmədov və 3 nəfər sərnişini (1986-cı il təvəllüdlü Cavid Zakir oğlu Xəlilov, 2 nəfərin şəxsiyyəti isə məlum deyil) ölmüş, 1 nəfər sərnişini və “Mercedes” markalı avtomobilin sürücüsü yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışlar. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış C.Məmmədovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:05-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;   

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1927-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enmiş və pəncərədəki dəmir barmaqlıqları kəsərək mənzilə daxil olmuşlar. Vətəndaşın eşitmə qabiliyyətinin zəif olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 03:57-də başa çatmışdır.

Geri

5 iyul 2012-ci il, saat 05:00- dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "İNŞAAT SERVİS"  ASC-nin ərazisində ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və altına yığılmış 5 kub. taxta materialları yanmışdır. Yanğından talvarın və taxta materiallrın  qalan  hissəsi  mühafizə  olunmuşdur. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,  Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində "MERCEDES" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "MERCEDES" markalı avtomobilin sürücüsü və "VAZ-21015" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan 5 nəfər sərnişindən 1-i yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi, təcili tibbi yardım tərəfindən aidiyyəti üzrə aparılmış, qalan 4 nəfər aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. "VAZ-21015" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən cıxarılaraq aidiyyəti üzrə təhfil verilmişdir. Hadisə ilə müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 00:05-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsinin damından  həmən mərtəbədə yerləşən mənzilin pəncərəsinə enməklə dəmir barmaqlıqları kəsərək mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən zərərçəkmişi otaqda oturmuş vəziyyətdə aşkar edərək bağlı qapı arxasından xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 03:57-də başa çatmışdır.