Geri

5 iyul 2012-ci il, saat 05:00- dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "İNŞAAT SERVİS"  ASC-nin ərazisində ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və altına yığılmış 5 kub. taxta materialları yanmışdır. Yanğından talvarın və taxta materiallrın  qalan  hissəsi  mühafizə  olunmuşdur. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,  Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində "MERCEDES" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "MERCEDES" markalı avtomobilin sürücüsü və "VAZ-21015" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan 5 nəfər sərnişindən 1-i yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi, təcili tibbi yardım tərəfindən aidiyyəti üzrə aparılmış, qalan 4 nəfər aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. "VAZ-21015" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən cıxarılaraq aidiyyəti üzrə təhfil verilmişdir. Hadisə ilə müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 00:05-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsinin damından  həmən mərtəbədə yerləşən mənzilin pəncərəsinə enməklə dəmir barmaqlıqları kəsərək mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən zərərçəkmişi otaqda oturmuş vəziyyətdə aşkar edərək bağlı qapı arxasından xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 03:57-də başa çatmışdır.