Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:14-də başa çatmışdır;
Kürdəmir rayonu, Atakişili kəndində “KAMAZ” markalı yük avtomobili ilə “LADA” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə nəqliyyat vasitələri deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçik oğlu və şəxsiyyətləri məlum olmayan 2 sərnişin hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 02:20-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yol-nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyacı olan zərərçəkmişlərin olması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmış və çevrilmişdir. Nəticədə, avtomobil deformasiyaya uğramış, avtomobildə olan sürücü və 3 nəfər sərnişin sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil vermiş, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görmüşlər. Əməliyyat saat 03:59-da başa çatmışdır;
Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə və hamamın lambirindən ibarət tavanı 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:26-də başa çatmışdır.