Geri

30 iyul 2012-ci il, saat 15:30-dək, ilkin məlumata əsasən

Mingəçevir şəhərində su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:30-da başa çatmışdır.

Geri

30 iyul 2012-ci il, saat 15:00-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən, təxminən, 1,3 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:30-da başa çatmışdır.

 

Geri

30 iyul 2012-ci il, saat 13:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:46-da başa çatmışdır.

Geri

30 iyul 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda 20 kv.m sahədə mazutluq yanmışdır. Yaxınlıqdakı neft quyusu və yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 29 iyul 2012-ci il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1969-cu il təvəllüdlü Aygün Hüseynağa qızı Qədirova batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. A.Qədirovanın cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:48-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq, vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:36-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda dördmərtəbəli inzibati binaya bitişik quraşdırılmış fəhlələr üçün çadır və içərisindəki əşyalar 40 kv.m sahədə, binanın 3-cü və 4-cü mərtəbələrinin hər birində 1 ədəd pəncərə çərçivəsi və 1 ədəd “Samsung” markalı kondisioner yanmışdır. Yanğın Heydər Əliyev Beynəlxalq Aeroportunun yanğınsöndürənləri tərəfindən saat 12:15 radələrində söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda 1950-ci il təvəllüdlü Roza Əli qızı Mehtiyeva mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən qadın hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R.Mehtiyevanın öldüyü müəyyən olunmuşdur. Əməliyyat saat 14:13-də başa çatmışdır;

Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Digər sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Navahı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının təsadüfən kilidlənməsi səbəbindən 1951-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 16:23-də başa çatmışdır;

Abşeron rayonunda bir çardağ altında yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 12 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 25 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş ümumi sahəsi 33 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş kağız tolu sexində 80 kv.m sahədə qır qalıqları yanmışdır. Vətəndaşa məxsus “Ford” markalı minik avtomobilinin qabaq buferi yüksək temperaturdan ərimişdir. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlanmasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala şəhərində transformatorun yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Hacısəmədli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyü 20 kv.m sahədə və damına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər, o cümlədən 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə damdan enərək eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 20:51-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər, Binəqədi və Sabunçu rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 10 nəfər (9 nəfər sularda xilasetmə məntəqələrinin ərazisində, 1 nəfər nəzarət olunmayan ərazidə) Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 700 kv.m olan topdansatış yeyinti və təsərrüfat malları mağazasının yanar konstruksiyaları, içərisindəki mallar və ticarət obyektinə bitişik tikilmiş mağaza sahibinə məxsus hər mərtəbəsi 400 kv.m olan üçmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi, yaxınlıqdakı evlər və bazar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.