Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:40-da başa çatmışdır;
Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli yeddiotaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcabədi rayonu, Pərioğlular kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tikintisi başa çatmamış ikiotaqlı evin qamışdan ibarət dam örtüyü 56 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Girdəni kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3,5 ton ot bağlamasının 3 tonu yanmış, 1 baş iribuynuzlu heyvan tələf olmuşdur. Yaxınlıqdakı tikililər və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.