Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin qabaq şiti yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 24 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları 100 kv.m və talvarın altına yığılmış 24 ton ot bağlaması yanmışdır. Yanğından talvarın qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayonu, Təzə Şilyan kəndində (rayon mərkəzindən 30 km aralı), "VAZ-21011" və "NİSSAN-TİDA" markalı minik avtomobilləri ilə "FORD" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yanğın baş vermişdir. Yanğın nəticəsində "VAZ-21011" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Hadisə zamanı "VAZ-21011" markalı minik avtomobilində xəsarət almış sürücü və 2 nəfər sərnişin vətəndaşlar tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışlar. Yanğından digər avtomobillər mühafizə olunmuşdur. Yanğın saat 12:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 6 km aralı), vətəndaşa məxsus 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində dənizdə (Sumqayıt xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda 4 ha quru ot və ağac yanmışdır. Yanğından yaxınlıqdakı ağaclar mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqələrinin ərazisidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:05-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində "TOYOTA" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. "TOYOTA" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:30-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd döşək yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Fərzəlioba kəndində (rayon mərkəzindən 30km aralı), vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan bir mərtəbəli 2 otaqlı fərdi evin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan 1 otaqlı mənzilin mətbəxində 1ədəd "SAMSUNG" markalı paltaryuyan yanmış, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 kv. m sahədə ərimişdir. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Qazaxlar kəndində (rayon mərkəzindən 10km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdak tikililər mühafizə olunmuşdur. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Günün müxtəlif saatlarında, Bakı şəhəri, Xəzər və Suraxanı rayonlarında dənizdə (“Sahil-1” və “Hövsan” sularda xilasetmə məntəqələrinin ərazisidə) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;
Qusar rayonu, İmamqulu kəndində (rayon mərkəzindən 27km aralı), vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Ələt avtomobil yolunun 20-ci kilometrliyində vətəndaşa məxsus "MERCEDES-160" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.