Geri

28 iyul 2012-ci il saat 09:00-dək

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Oğuz rayonu, Yaqublu kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Yevlax şəhərində “Daewoo” markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, tikintisi başa çatmamış tikilinin içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Qusar rayonunda Qusar-Xudat yolunun 12-ci kilometrliyində “Belarus” markalı traktorun qoşqusuna yığılmış 3 ton ot bağlaması yanmışdır. Traktor və qoşqusu yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:45-də başa çatmışdır;

 Hacıqabul rayonunda hərəkətdə olan neft çənləri (boş çənlər) daşıyan yük qatarının elektrovozunun kabinə hissəsi və mühərriki yanmışdır. Neft çənləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Cəlilabad rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə və tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Oğuz rayonu, Qumlaq kəndində (rayon mərkəzindən 10 km aralı) “VAZ” markalı minik avtomobili yolun kənarında olan ağaca çırpılmış, nəticədə avtomobilin mühərrik hissəsində yanğın olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur;

 Salyan rayonu, Xələc kəndində (rayon mərkəzindən 25 km aralı) həyətyanı sahəyə yığılmış 2,25 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bərdə rayonu, Gərənə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 25 km aralı) həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Saatlı rayonu, Dədə Qorqud kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 630 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 470 kv.m sahədə və içərisinə yığılmış 75 ton ot bağlamasının 25 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 İmişli rayonu, Murğuzalılı kəndində (rayon mərkəzindən 15 km aralı) ümumi sahəsi 180 kv.m olan 6 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə və evə bitişik yığılmış 15 ton ot bağlamasının 7 tonu yanmışdır. Evin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

 Qobustan rayonu, Ərəbşalbaş kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Biləsuvar rayonu, Ağayrı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan çayxananın tavanı 8 kv.m sahədə yanmışdır. Çayxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1936-cı il təvəllüdlü kişi mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən kişi yerdə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən müayinə olunmuş və huşsuz vəziyyətdə olduğu müəyyən edilmişdir. Əməliyyat saat 23:09-da başa çatmışdır;

Ağcabədi rayonu, Şənlik kəndində (rayon mərkəzindən 15 km aralı) həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Səbail, Xəzər və Sabunçu rayonları ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 10 nəfər (7 nəfər sularda xilasetmə məntəqələrinin ərazisində, 3 nəfər nəzarət olunmayan ərazidə) Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:07-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1956-cı il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Əməliyyat saat 01:21-də başa çatmışdır;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “Mercedes” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “VAZ” markalı avtomobildə olan 2 nəfər xəsarətlərlə xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:34-də başa çatmışdır;

 Goranboy rayonu, Zeyvə kəndində ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.