Geri

27 iyul 2012-ci il, saat 23:00-dək, ilkin məlumata əsasən

Neftçala rayonunda, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11:35-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Oğuz rayonu,Yaqublu kəndində  (rayon mərkəzindən  18 km aralı ) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2.5 tonu yanmışdır.Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 12:41-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda, dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsindən təxminən 200 m solda, nəzarət olunan ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 13:10-da başa çatmışdır;

Yevlax rayonunda, "Daewoo" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Cəlilabad rayonu, Göytəpə qəsəbəsində  uşaq bağçasının ərazisində tikintisi başa çatmamış  tikilinin içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 15:21-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində (“Bakı-mərkəzi” sularda xilasetmə məntəqəsindən təxminən 2 km sağda, nəzarətsiz ərazidə) 1 nəfər çimmək məqsədilə dənizə girmiş və dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmışdır. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Cəlilabad rayonu, Sabirabad kəndində  (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur.Yanğın saat 16:20-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Türkan” sularda xilasetmə məntəqəsindən təxminən 80 m sağda, nəzarət olunan ərazidə) 2 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:45-də başa çatmışdır;

Qusar rayonunda,  "Belarus" markalı traktorun qoşqusuna yığılmış 3 ton ot bağlaması yanmışdır.  Yanğından traktorun qoşqusu və traktor mühafizə olunmuşdur.Yanğın saat 17:10-da yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən birinci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:45-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən təxminən 550 m solda, nəzarət olunan ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:45-də başa çatmışdır;

Hacıqabul rayonunda, Gürcüstan Respublikasından Sanqacal Neft Terminalı istiqaməti ilə hərəkət edən neft çənləri daşıyan yük qatarının elektrovozunun kabinə hissəsi və mühərriki yanmışdır.Yanğından neft çənləri mühafizə olunmuşdur. Yanğın saat 18:18-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Türkan” sularda xilasetmə məntəqəsindən təxminən 300 m solda, nəzarət olunan ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:23-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən təxminən 120 m sağda, nəzarət olunan ərazidə) 2 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:35-də başa çatmışdır;

Cəlilabad rayonu, Üç təpə kəndində  (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə və damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır.  Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:53-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda, dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsindən təxminən 800 m solda, nəzarətsiz ərazidə) 2 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:05-də başa çatmışdır.

 

 

 

Geri

27 iyul 2012-ci il,saat 18:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:45-də başa çatmışdır.

Geri

27 iyul 2012-ci il, saat 16:35-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 13:10-da başa çatmışdır.

Geri

27 iyul 2012-ci il,saat 09:00-dək

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ferma binasının dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Ferma binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Şürük kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan avtomobil təmiri sexində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Sex və orada olan digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Piratman Gəncəli kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli ikiotaqlı fərdi evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Məşədi Həsən kəndində (rayon mərkəzindən 34 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Sarıtəpə kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan qamışdan ibarət heyvan yatağı 100 kv.m sahədə yanmışdır. Yatağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Navahı qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırmışlar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 21:20-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:27-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi, Xəzər və Sabunçu rayonlarında və Abşeron rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 9 nəfər (5 nəfər sularda xilasetmə məntəqələrinin ərazisində, 4 nəfər nəzarət olunmayan ərazidə) Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılmış və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmiş 1 nəfər – 1980-ci il təvəllüdlü Vəfadar Əli oğlu Məmmədov xəstəxanaya aparılarkən yolda vəfat etmişdir;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:33-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 01:10-da başa çatmışdır;

Qusar rayonu, Bədişqala kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus 450 kv.m sahəyə yığılmış 250 kub metr taxta materiallarının 150 kub metri yanmışdır. Taxta bazarının qalan hissəsi, bazarın üzərindən keçən yüksək gərginlikli elektrik xətləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.