Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ferma binasının dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Ferma binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Şürük kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan avtomobil təmiri sexində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Sex və orada olan digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Salyan rayonu, Piratman Gəncəli kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli ikiotaqlı fərdi evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xızı rayonu, Məşədi Həsən kəndində (rayon mərkəzindən 34 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Sarıtəpə kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan qamışdan ibarət heyvan yatağı 100 kv.m sahədə yanmışdır. Yatağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Hacıqabul rayonu, Navahı qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırmışlar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 21:20-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:27-də başa çatmışdır;
Bakı şəhəri, Binəqədi, Xəzər və Sabunçu rayonlarında və Abşeron rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 9 nəfər (5 nəfər sularda xilasetmə məntəqələrinin ərazisində, 4 nəfər nəzarət olunmayan ərazidə) Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılmış və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmiş 1 nəfər – 1980-ci il təvəllüdlü Vəfadar Əli oğlu Məmmədov xəstəxanaya aparılarkən yolda vəfat etmişdir;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:33-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 01:10-da başa çatmışdır;
Qusar rayonu, Bədişqala kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus 450 kv.m sahəyə yığılmış 250 kub metr taxta materiallarının 150 kub metri yanmışdır. Taxta bazarının qalan hissəsi, bazarın üzərindən keçən yüksək gərginlikli elektrik xətləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.