Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə (“Seyidli” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:50-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1947-ci il təvəllüdlü kişi mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən edilmişdir. Əməliyyat saat 11:06-da başa çatmışdır;
Tərtər rayonu, Buruc kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Zaqatala rayonu, Yengiyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağdam rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonunda Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində vətəndaşa məxsus həyətyanı sahədə 2 ha sahədə quru ot və 150 ədəd fındıq ağacı yanmışdır. Ərazidəki digər ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki rayonunda meşə ərazisində (rayon mərkəzindən 14 km aralı) ümumi sahəsi 780 kv.m olan ferma binasının yanar konstruksiyaları, orada məskunlaşmış vətəndaşa məxsus ev əşyaları qismən və içərisinə yığılmış 10 ton ot bağlaması yanmış, 35 baş xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan tələf olmuşdur. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:02-də başa çatmışdır;
Samux rayonu, Salahlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1947-ci il təvəllüdlü qadın giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 23:25-də başa çatmışdır;
Cəlilabad rayonu, Cəlayir kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus “QAZ” markalı yük avtomobilinin kabinası, banı və banına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər və Sabunçu rayonlarında, habelə Abşeron və Astara rayonlarında dənizdə (4 halda sularda xilasetmə məntəqəsinin ərazisində, 1 halda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 7 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonu, Gügəvar kəndində “VAZ” markalı minik avtomobili dərəyə yuvarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Hüseynov, 1966-cı il təvəllüdlü İlqar Xaməməd oğlu Hümbətov və 1968-ci il təvəllüdlü Gülşad Qabil oğlu Əliyev hadisə yerində ölmüş, 1 nəfər xəsarət almışdır. Qeyd olunan şəxslərin cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:17-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqda olan digər transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:50-də başa çatmışdır.