Geri

23 iyul 2012-ci il, saat 17:15-dək, ilkin məlumata əsasən:

Astara rayonunda dənizdə (“Astara” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:20-də başa çatmışdır.

Geri

23 iyul 2012-ci il, saat 15:40-dək, ilkin məlumata əsasən:

Tərtər rayonu, Buruc kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Yengiyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları və tövlənin damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

23 iyul 2012-ci il, saat 12:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1947-ci il təvəllüdlü kişi mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən edilmişdir. Əməliyyat saat 11:06-da başa çatmışdır. 

Geri

23 iyul 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan dördotaqlı mənzilin yataq otağında təmir işləri aparılan zaman partıltı baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə və 1 ədəd “Mitsubishi” markalı kondisioner qarsalanmış, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanmış 2 ədəd minik avtomobilinin üstünə düşmüşdür. Həmin mənzildə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışdır. Yaralılardan biri - 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev xəstəxanada ölmüşdür. İlkin ehtimala görə, partıltıya texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bərdə rayonu, Hacıbəyli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində tavan 5 kv.m sahədə və 1 ədəd soyuducu yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:03-də başa çatmışdır;

Xaçmaz rayonu, Üçgünqışlaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Bala Qusar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev və tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xalxal kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 810 kv.m olan talvarın yanar konstruksiyaları 640 kv.m sahədə və talvarın altına yığılmış 250 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi və yaxınlıqda yerləşən ümumi sahəsi 600 kv.m olan ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daxil olmuş məlumata əsasən, 1990-cı il təvəllüdlü Kamran Rəşid oğlu Cəbrayılov Sumqayıt şəhəri ərazisində dənizdə (“Dəvəçi” sularda xilasetmə məntəqəsindən 1000-1500 m məsafədə, nəzarətsiz ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. K.Cabrayılovun cəsədi batdığı yerdən, təxminən, 20 m aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:00-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” və “Sahil-1” sularda xilasetmə məntəqələrinin ərazisində və “Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m məsafədə, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 30 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda Bakı-Astara yolunun 160-cı kilometrliyində “QAZEL” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın baş vermişdir. Yanğın nəticəsində hər iki avtomobilin yanar hissələri və yük avtomobilinin banına yığılmış 3,5 ton ot bağlaması yanmış, sürücü yanıq xəsarəti almışdır. Yanğın saat 06:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.