Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən beşinci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:27-də başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda, dənizdə (“Hövsan” sularda xilasetmə postundan təxminən 550 m sağda, nəzarətsiz ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 11:40-da başa çatmışdır;
Xaçmaz rayonu, Yalama kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı qonşu evlər mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Dübəndi” sularda xilasetmə postundan təxminən 150 m solda, nəzarət olunan ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:00-da başa çatmışdır;
Zərdab rayonu, Dəkkəoba kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan kürsülü 4 otaqdan ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanmışdır. Yanğından evin zirzəmisi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən təxminən 550 m solda, nəzarət olunan ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:25-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizinin nəzarətsiz hissəsində 1994-cü il təvəllüdlü Səfərzadə Ramil Rəşid oğlu çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmişdir. Qeyd olunan şəxsin cəsədi ən yaxın məntəqədən 4 km aralıda sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:25-də başa çatmışdır;
Saatlı şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən təxminən 800 m solda, nəzarətsiz ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:30-da başa çatmışdır;
Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən təxminən 450 m sağda, nəzarət olunan ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:50-də başa çatmışdır;
Şəmkir rayonu, Könüllü kəndində ( rayon mərkəzindən 22 km aralı ) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Saatlı rayonu, Əlisultanlı kəndində ( rayon mərkəzindən 7 km aralı ) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin tavanı 2 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 40 kv.m olan kafenin təsərrüfat otağının dəhlizinin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanmışdır.Yanğın zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər əl nahiyyəsindən yanıq xəsarətləri almışdır. Yanğın,yanğın bölmələri çatana kimi işçilər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Hacallı kəndində (rayon mərkəzindən 25 km aralı ) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən həmin mənzin giriş qapısını açmış və içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkarlanmamışdır. Əməliyyat saat 22:42-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən səkkizinci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:59-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “Hyundai” markalı minik avtomobili yolun kənarındakı divara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Elçin oğlu hadisə yerində vəfat etmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:57-də başa çatmışdır;
Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və içərisində olan ərzaq malları 30 kv.m sahədə yanmışdır. Yanğından mağazanın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Hacallı kəndində (rayon mərkəzindən 25 km aralı ) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır.Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 252-ci kilometrliyində Ucar rayonu ərazisində, 1953-cü il təvəllüdlü Qurbanov Elxan Əli oğluna məxsus "VAZ-2107" markalı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Əliyev Elçin Yaşar oğlu tərəfində idarə olunan "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur. Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana qədər təcili tibbi yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışlar. Aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş sürücüsü E.Ə.Qurbanovun avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:44-də başa çatmışdır.