Geri

21 iyul 2012-ci il, saat 09:00-dək

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1957-ci il təvəllüdlü Rauf Məmmədəli oğlu Hacıyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunmuşdur. Əməliyyat saat 12:18-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş vermiş, 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölmüşdür. Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılmışdır. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır;

Abşeron rayonunda və Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Fatmayı” və “Zuğulba-1” sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Masallı rayonu, Təklə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:49-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 47-ci kilometrliyində “Kamaz” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, minik avtomobilinin sürücüsü Tofiq Abdullayev ölmüş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə T.Abdullayevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:43-də başa çatmışdır;

Neftçala rayonu, Aşağı Surra kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 45 ton ot bağlamasının 24 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində sahildə naməlum insan cəsədi aşkarlanaraq aidiyyəti orqanlar tərəfindən götürülmüşdür. Müəyyən olunmuşdur ki, bu, 19 iyul 2012-ci il tarixində (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 8 km aralıda, nəzarətsiz ərazidə) batmış 1979-cu il təvəllüdlü Ramil Ramiz oğlu Əliyevin cəsədidir.