Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1957-ci il təvəllüdlü Rauf Məmmədəli oğlu Hacıyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunmuşdur. Əməliyyat saat 12:18-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş vermiş, 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölmüşdür. Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılmışdır. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşı liftdən çıxarmış və ona ilkin tibbi yardım göstərmişlər. Əməliyyat saat 11:12-də başa çatmışdır;
Bərdə rayonu, Mustafaağalı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyü 28 kv.m sahədə, ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanmış, sürücü özünü avtomobildən ataraq xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonunda Biləcəri Lokomotiv deposuna məxsus elektrovozun mühərrikində elektrik avadanlığı və salonu qismən yanmışdır. Elektrovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan rayonu, Aşağı Çəmənli kəndində (rayon mərkəzindən 38 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 37 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Nardaran-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:25-də başa çatmışdır;
Kürdəmir rayonu, Şilyan kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 20 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev və tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağdaş rayonu, Məşəd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 450 kv.m sahədə və içərisinə yığılmış 25,5 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Əliabad kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Dəhnə kəndində “VAZ-2107”, “VAZ-2110” və “Hyundai” markalı 3 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ-2107” markalı avtomobilin sərnişinləri - 1980-ci il təvəllüdlü Ceyhunə Əlisurət qızı Əzizova və 1995-ci il təvəllüdlü Aytac Şahin qızı Əzizova ölmüş, 4 nəfər xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışlar. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış C.Əzivovanın və A.Əzizovanın cəsədlərini, habelə 1 nəfər yaralını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:53-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Suzuki” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Havzova kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan ikimərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 75 kv.m sahədə və çardağına yığılmış 9 ton ot bağlamasının 7 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli altıotaqlı evin 1-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1979-cu il təvəllüdlü kişi Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 8 km aralıda, nəzarətsiz ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar.