Geri

2 iyul 2012-ci il, saat 16:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Geri

2 iyul 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:28-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Zarat kəndi ərazisində (rayon mərkəzindən 22 km aralı) “Xıdır Zində” ziyarətgahı (“Beşbarmaq” piri) adlanan dağlıq ərazidə “Daewoo” markalı sərnişin avtobusu yağışlı hava şəraitində sürüşərək yoldan çıxmış və içərisində olan 21 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Nazirliyin yanğın-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları dağdan endirmiş və Bakı şəhərinə yola salmışlar. Əməliyyat saat 00:20-də başa çatmışdır.

 

 

 

 

 

 

 

 

 

Geri

02 iyul 2012-ci il saat 01;22-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhəri,Bakı Quba yolunun 30 –cu km də vətəndaşa məxsus "EVRO-MAZ" markalı, qoşqulu yük avtomobilinin sol arxa təkəri yanmışdır.Yanğından avtomobil və qoşqu mühafizə olunmuşdur. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri,Nərimanov rayonu doqquzmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, vətəndaşa  məxsus ümumi sahəsi 16 kv.m.olan gözəllik salonunda 1 kv.m.sahədə mebel və 1 ədəd fen yanmışdır.Yanğın,yanğın bölmələri çatana kimi işçilər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasən Siyəzən rayonu, Beşbarmaq ziyarətgahı  adlanan ərazidə (rayon mərkəzindən 22 km aralı)  içərisində köməksiz vəziyyətdə insanlar olan "DAEWOO" markalı sərnişin avtobusu sürüşərək yoldan çıxmışdır. Yanğın-xilasedicilər hadisə yerinə çıxmışdır. Dağda çətin şəraitdə qalmış (hava şəriti yağışlı və yollar palçıqlı olmuşdur) insanlar  və avtomobillərlə müvafiq köməklik göstərilərək 7 nəfər ( onlardan 2 azyaşlı uşaq, 4 nəfər qadın 1 xəstə kişi)  təhlükəsiz yerə endirilərək təxliyyə olunmuşlar.