Geri

02 iyul 2012-ci il saat 01;22-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhəri,Bakı Quba yolunun 30 –cu km də vətəndaşa məxsus "EVRO-MAZ" markalı, qoşqulu yük avtomobilinin sol arxa təkəri yanmışdır.Yanğından avtomobil və qoşqu mühafizə olunmuşdur. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri,Nərimanov rayonu doqquzmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, vətəndaşa  məxsus ümumi sahəsi 16 kv.m.olan gözəllik salonunda 1 kv.m.sahədə mebel və 1 ədəd fen yanmışdır.Yanğın,yanğın bölmələri çatana kimi işçilər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasən Siyəzən rayonu, Beşbarmaq ziyarətgahı  adlanan ərazidə (rayon mərkəzindən 22 km aralı)  içərisində köməksiz vəziyyətdə insanlar olan "DAEWOO" markalı sərnişin avtobusu sürüşərək yoldan çıxmışdır. Yanğın-xilasedicilər hadisə yerinə çıxmışdır. Dağda çətin şəraitdə qalmış (hava şəriti yağışlı və yollar palçıqlı olmuşdur) insanlar  və avtomobillərlə müvafiq köməklik göstərilərək 7 nəfər ( onlardan 2 azyaşlı uşaq, 4 nəfər qadın 1 xəstə kişi)  təhlükəsiz yerə endirilərək təxliyyə olunmuşlar.