Geri

19 iyul 2012-ci il, saat 17:40-dək ilkin məlumata əsasən:

Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanmış, sürücü özünü avtomobildən ataraq xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüş, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur.

Geri

19 iyul 2012-ci il, saat 15:50-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşı liftdən çıxarmış və ona ilkin tibbi yardım göstərmişlər. Əməliyyat saat 11:12-də başa çatmışdır;

 Bərdə rayonu, Mustafaağalı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyü 28 kv.m, ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatı

İyulun 19-da saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sanqaçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin anbarında yanğın baş vermişdir. Yanğin yerinə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev gəlmişlər.

Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstələri və texnikaları, o cümlədən Aviasiya texnikaları cəlb olunmuş,  görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınmış və qısa müddətdə yanğın tam söndürülmüşdür.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.

Geri

19 iyul 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin dam örtüyü 30 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1932-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə qalxaraq, eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 14:00-da başa çatmışdır;

 İmişli rayonu, Hacırüstəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 74 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Abşeron rayonunda 5 ha sahədə quru ot yanmışdır. Ərazinin qalan hisssəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində insan cəsədi aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:55-də başa çatmışdır. Müəyyən olunmuşdur ki, bu, 1940-cı il təvəllüdlü Əlifəddin Seyfəddin oğlu Şıxıyevin cəsədidir;

 Salyan rayonu, Xələc kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Şabran rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) “Subaru” və “Opel” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, hər iki avtomobilin sürücüsü və 4 nəfər sərnişin yaralanmış, “Opel” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. O, yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada avtomobildən çıxarılmış və digər yaralılar kimi xəstəxanaya aparılmışdır. Əməliyyat saat 16:30-da başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Siyəzən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı evdə 3 ədəd çarpayı və yataq dəsti 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər və Sabunçu rayonlarında dənizdə (“Zuğulba-1” və “Pirşağı” sularda xilasetmə məntəqələrinin ərazisidə) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

 Ağsu rayonu, Gəgəli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev və köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 05:07-də başa çatmışdır;

Tərtər rayonunda transformatorun qoruyucu naqilləri yanmışdır. Transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Parçaxələc kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 22,5 ton ot bağlamasının 10,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ümumi sahəsi 240 kv.m olan tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.