Geri

18 iyul 2012-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhərində yerləşən şadlıq sarayına bitişik tikilmiş ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Şadlıq sarayı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Bakı şəhəri, Xəzər və Suraxanı rayonlarında dənizdə (sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1989-cu il təvəllüdlü Bəxtiyar Dəyanət oğlu Qarayev Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 950 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. B.Qarayevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:07-də başa çatmışdır;

Cəlilabad şəhərində quşçuluq kooperativinə məxsus ümumi sahəsi 250 kv.m olan tikilinin qamışdan ibarət tavanı 30 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 15 kv.m olan dəmirdən ibarət köşkün taxta üzlüyü və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Aran kəndində (rayon mərkəzindən 25 km aralıda) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Lexus” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Lənbəran kəndində (rayon mərkəzindən 40 km aralıda) vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.