Şimal Regional Mərkəzinin inzibati ərazisində hava şəraitinin yağışlı keçməsi ilə əlaqədar Quba rayonunda bəzi fərdi yaşayış evlərinin və həyətyanı sahələrin yağış suları ilə qismən dolması müşahidə olunmuşdur. Yağış sularının çəkilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunmuşdur. Əməliyyat saat 13:10-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:14-də başa çatmışdır.
Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus əkin sahəsində ümumi sahəsi 30 kv.m olan vaqonun yanar konstruksiyaları yanmışdır. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonunda vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:05-də başa çatmışdır.
Bakı şəhəri, Binəqədi rayonunda ötən əsrin əvvəllərində inşa olunmuş taxta konstruksiyadan ibarət ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin 1 otağının, mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 40 kv.m sahədə və binanın dam örtüyü 40 kv.m sahədə yanmışdır. Yanğın zamanı 20 nəfər sakin təxliyyə olunmuşdur. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 uşaq köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:59-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda Aeroport-Zığ yolunda yol qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Opel”, “Audi”, “Mercedes” və “Hyundai” markalı 4 minik avtomobili zəncirvari toqquşmuş, “Opel” markalı avtomobildə sükan arxasında əyləşmiş 1 nəfər xəsarət almış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 13:27-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:19-da başa çatmışdır;
Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsindən 4 km aralıda, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 21:50-də başa çatmışdır;
Salyan rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində Daşkəsən-Gəncə yolunun 6-cı kilometrliyində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gədəbəy rayonunda ümumi sahəsi 196 kv.m olan 5 otaqdan ibarət yeməkxananın 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə və dam örtüyü 50 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Türkədi kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şimal Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, regional mərkəzin ərazisində müşahidə olunan yağışlı hava şəraiti bəzi şəhər və rayonlarda, o cümlədən Quba rayonunda fərdi yaşayış evlərinin və həyətyanı sahələrin yağış suları ilə qismən dolmasına səbəb olmuşdur. Yağış sularının çəkilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunmuşdur.