Geri

15 iyul 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:23-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:31-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda 5 saylı avtomobil parkının ərazisində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 40 kv.m. olan anbarın içərisində elektrik dirəklərinin lampaları yanmışdır. Yanğından anbar mühafizə olunmuşdur. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:15-də  başa çatmışdır;

Ağdam rayonu, Ayaq Qərvənd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Qırmızı qəsəbədə kənd qəbrstanlığının ərazisində 5 ha sahədə quru ot yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m. olan talvarın yanar konstruksiyaları 20 kv.m. sahədə və altına yığılmış 5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Yanğından talvarın və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m. olan 5 otaqlı evi 4 otağının yanar konstruksiyaları və ev əşyaları 77 kv.m. sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1983-cü il təvəllüdlü bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Laçın rayonu, Vağazin kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m. olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 15 kv.m. sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:23-də başa çatmışdır;

Masallı rayonunda, Qızılağac kəndində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m. olan talvarın yanar konstruksiyaları 10 kv.m. sahədə və altına yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Yanğından talvarın və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1400 kv.m. olan 3 mərtəbəli supermarketin (bir tərəfi 3 mərtəbəli, digər tərəfi 1 mərtəbəli) 2-ci mərtəbədə ofis otağı və əşyaları 24 kv.m. sahədə yanmışdır. Yanğından supermarket mühafizə olunmuşdur. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə postunun ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:05-də başa çatmışdır;

Goranboy rayonu, Nadirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 13 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğın bölmələri hadisə yerinə çatana kimi ev sahibi Ə.Süleymanov aşağı ətraflarından aldığı texniki yanıq xəsarətləri ilə təcili yardım xidmət tərəfindən mərkəzi rayon xəstəxanasına aparılmışdır. Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m. olan köməkçi tikilinin tavanı 4 kv.m. sahədə yanmışdır. Yanğından tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Ağalıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası və içərisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri yanmışdır. Yanğından tikiliyə bitişik tikilmiş (ümumi sahəsi 75 kv.m.) talvar mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m. olan geyim mağazasında hava təmizləyici qurğu yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qarabörk kəndində vətəndaşa məxsus "FORD" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür; 

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m. olan "Sahil" ərzaq mağazasında "ALONSO" markalı kondisioner və müşahidə kamerası yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi özü-özünə sönmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "MERCEDES-E-320" markalı minik avtomobilinin salonunda idarəetmə lövhəsi yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli 2 saylı uşaq xəstəxanasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:03-də  başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə  lifti 7-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:49-da  başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə  lifti 7-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:17-də  başa çatmışdır;

Göyçay rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 13 km aralı)yanğın nəticəsində vətətndaşa məxsus ümumi sahəsi 231 kv.m olan  birmərtəbəli  4 otaqlı evin, 1 otağının tavanı 24 kv.m  və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır.Yanğından  evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 06:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ 2115" və "VAZ 2107" markalı iki minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, deformasiyaya uğramış hər iki avtomobilin sürücüləri xəsarət almışlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ 2115" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:04-də başa çatmışdır.