Geri

14 iyul 2012-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:23-də başa çatmışdır.

Geri

14 iyul 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda Bakı maşınqayırma zavodunun ərazisində 5000 kv.m sahədə qamışlıq və quru ot yanmışdır. Ərazidəki obyektlər və yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:19-da başa çatmışdır;

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:48-də başa çatmışdır;

Günün müxtəlif saatlarında Bakı şəhəri, Xəzər və Sabunçu rayonları ərazisində dənizdə və Mingəçevir şəhərində Mingəçevir su anbarında (sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli dördotaqlı tikintisi başa çatmamış evin yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda “VAZ” markalı minik avtomobili və “Belarus” markalı qoşqulu traktor toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilin sürücüsü və 1 nəfər sərnişini yaralanmış, sonuncu nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri və Təcili Tibbi Yardım Stansiyasının həkimləri yaralıların xilas olunması üçün zəruri tədbirlər görmüşlər. Əməliyyat saat 23:35-də başa çatmışdır;

Neftçala rayonu, Şorkənd kəndində vətəndaşa məxsus həyətyanı sahədə qoşquya yığılmış 3,8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı digər ot tayası və köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Opel” markalı minik avtomobili dərəyə aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü - 1984-cü il təvəllüdlü Zaur İdayət oğlu Qurbanov ölmüş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Zaur Qurbanovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:03-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda 4 saylı vərəm dispanserinin ərazisində yerləşən dördmərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində palatada 1 ədəd döşək yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda “Mercedes” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, hər iki nəqliyyat vasitəsi zədələnmiş, sürücülər xəsarət almışlar. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət almış şəxslər Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılmışlar. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:20-da başa çatmışdır;

Ağstafa rayonu, Həsənsu kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev və digər ot tayası (15 ton) yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 iyul 2012-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Xəzər rayonu, Binə qəsəbəsi vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı tikintisi başa çatmamış (yaşayış olmayan) evin yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 22:29-da başa çatmışdır;

 Biləsuvar şəhərində vətəndaşlara məxsus "VAZ-2106" markalı avtomobillə "БЕЛАРУС" markalı qoşqulu traktorun toqquşması nəticəsində  yol-nəqliyyat qəzası baş vermişdir. Nəticədə, deformasiyaya uğramış "VAZ-2106" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə təcili yardım tərəfindən, avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan  istifadə etməklə xilas edilərək aidiyyətı üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:35-də başa çatmışdır;

 Neftçala rayonu, Şorkənd kəndi vətəndaşa məxsus həyətyanı sahədə qoşquya yığılmış 3.800 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı digər ot tayası və köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 00:02-də başa çatmışdır;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində yol-nəqliyyat qəzası baş vermişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1984-cü il təvəllüdlü Qurbanov Zaur İdayət oğlunun idarə etdiyi “OPEL” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxmış və dərəyə aşmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi  alət və avadanlıqlarla deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış Z. Qurbanovun cəsədini çıxıraraq aidiyyəti üzrə təhvil vermişlər.  Əməliyyat saat 00:03-də başa çatmışdır;

 Nizami rayonu, Şərifli küçəsində  4 saylı vərəm dispanserinin ərazisində yerləşən dördmərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində palatada 1 ədəd döşək yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi işçilər və müalicə alan xəstələr tərəfindən söndürülmüşdür.