Geri

14 iyul 2012-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Xəzər rayonu, Binə qəsəbəsi vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı tikintisi başa çatmamış (yaşayış olmayan) evin yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 22:29-da başa çatmışdır;

 Biləsuvar şəhərində vətəndaşlara məxsus "VAZ-2106" markalı avtomobillə "БЕЛАРУС" markalı qoşqulu traktorun toqquşması nəticəsində  yol-nəqliyyat qəzası baş vermişdir. Nəticədə, deformasiyaya uğramış "VAZ-2106" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə təcili yardım tərəfindən, avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan  istifadə etməklə xilas edilərək aidiyyətı üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:35-də başa çatmışdır;

 Neftçala rayonu, Şorkənd kəndi vətəndaşa məxsus həyətyanı sahədə qoşquya yığılmış 3.800 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı digər ot tayası və köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 00:02-də başa çatmışdır;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində yol-nəqliyyat qəzası baş vermişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1984-cü il təvəllüdlü Qurbanov Zaur İdayət oğlunun idarə etdiyi “OPEL” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxmış və dərəyə aşmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi  alət və avadanlıqlarla deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış Z. Qurbanovun cəsədini çıxıraraq aidiyyəti üzrə təhvil vermişlər.  Əməliyyat saat 00:03-də başa çatmışdır;

 Nizami rayonu, Şərifli küçəsində  4 saylı vərəm dispanserinin ərazisində yerləşən dördmərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində palatada 1 ədəd döşək yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi işçilər və müalicə alan xəstələr tərəfindən söndürülmüşdür.