Geri

01 iyul 2012-ci il saat 09:00-dək

Şəki  şəhəri, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan  birmərtəbəli  6    otaqlı evin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik cərəyanının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:28-də başa çatmışdır;

Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində (rayon mərkəzindən 15 km aralı) "NOVA" markalı  yük avtomobilinin qabaq  təkəri yanmışdır. Yanğın saat 13:40-da  yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını çöl tərəfdən açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş divanda halsız vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın ürək xəstəliyindən əziyyət çəkdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 13:46-da başa çatmışdır;

Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 680 kv.m olan mebel fabrikinin içərisinə yığılmış mebel qalıqları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 18:16-da  yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi  28 kv.m olan  birotaqlı  mənzilin  eyvanında  4 kv.m sahədə ev əşyaları yanmışdır.  Yanğın, yanğın bölmələri çatana kimi  sakinlər tərəfindən  söndürülmüşdür;  

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:52-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda  tikintisi başa çatmamış  doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə, eyvanın taxta konstruksiyaları  və ev əşyaları 7 kv.m sahədə, 7-ci mərtəbədə ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları  6 kv.m sahədə, eyvanın taxta konstruksiyaları  və ev əşyaları 7 kv.m  sahədə  yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 23 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Yanğından mənzillərin qalan hissəsi və qonşu mənzillər mühafizə olunmuşdur. Yanğın saat 05:43-də  yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür.