Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 iyul 2012-ci il,saat 16:15-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin dam örtüyü 30 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

18 iyul 2012-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17 iyul 2012-ci il saat 20:00-dək ilkin məlumata əsasən:

Günün müxtəlif saatlarında Bakı şəhəri, Xəzər və Suraxanı rayonları ərazisində dənizdə (sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

17 iyul 2012-ci il saat 18:00-dək ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır.

17 iyul 2012-ci il saat 17:00-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində)

17 iyul 2012-ci il saat 16:40-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:40-da başa çatmışdır.

17 iyul 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən...

16 iyul 2012-ci il saat 19:00-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Çuxurazəmi kəndi yaxınlığında “İstisu” adlanan əraziyə gedən yol leysan yağışları nəticəsində bağlanmış, orada olan insanlar köməksiz vəziyyətdə qalmışlar... 

16 iyul 2012-ci il, saat 18:30-dək ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 13 km aralı) Bakı-Gəncə yolunun kənarında 10 ha sahədə quru ot yanmışdır. Ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur....

16 iyul 2012-ci il, saat 17:10-dək, ilkin məlumata əsasən:

Şimal Regional Mərkəzinin inzibati ərazisində hava şəraitinin yağışlı keçməsi ilə əlaqədar Quba rayonunda bəzi fərdi yaşayış evlərinin və həyətyanı sahələrin yağış suları ilə qismən dolması müşahidə olunmuşdur....

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr