6 iyun 2012-ci il tarixində Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissəsində, nəzarətsiz ərazidə batmış 1950-ci il təvəllüdlü Eldar Səhəd oğlu Nəcəfovun axtarışları başa çatmışdır. E. Nəcəfovun cəsədi batdığı yerdən 45 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 8-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş, giriş qapısını açmış və vətəndaşları xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:20-də başa çatmışdır.
6 iyun 2012-ci il tarixində Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən keçən hissəsində (Salyan sularda xilasetmə məntəqəsindən 45 km aralıda, nəzarətsiz ərazidə) batmış 1993-cü il təvəllüdlü Ramin Dilavər oğlu Cəbrayılovun axtarışları başa çatmışdır. R.Cəbrayılovun cəsədi batdığı yerdən 100 m aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:35-də başa çatmışdır;
Oğuz rayonu, Padar kəndində vətəndaşlara məxsus ərazidə 5,1 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1928-cu il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi avadanlıq vasitəsilə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmış qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. İlkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 13:26-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1950-ci il təvəllüdlü 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:44-də başa çatmışdır;
Biləsuvar rayonu, Çaylı kəndində (rayon mərkəzindən 6 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Qızılhacılı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan yeməkxanada mətbəxin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonunda vətəndaşa məxsus meyvə-tərəvəz mağazasının ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalı köməkçi tikilisinin yanar üzlükləri və içərisindəki mallar yanmışdır. Yaxınlıqdakı mağaza yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 2 nəfər dənizdə (Astara sularda xilasetmə postunun ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:40-da başa çatmışdır;
Ağcabədi rayonunda (rayon mərkəzindən 20 km aralı) bələdiyyəyə məxsus ərazidə 150 ha otlaq sahə yanmışdır. Yaxınlıqdakı meşə zolağı və ərazidəki fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 17 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi və 10 ha yabanı otlaq sahə yanmışdır. Ərazidə olan biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Kovlar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli dördotaqlı kürsülü evin zirzəmisinin qamışdan ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Göyçay rayonu, Qarabaqqal kəndində (rayon mərkəzindən 10 km aralı) dağlıq ərazidə 10 ha sahədə quru ot yanmışdır. Ərazidəki fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Təzə Alvadı kəndində (rayon mərkəzindən 3 km aralı) “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, minik avtomobilinin sürücüsü - 1966-cı il təvəllüdlü Ələddin Əlihüseyn oğlu Hüseynov və 3 nəfər sərnişini - 1964-cü il təvəllüdlü Qəhrəman Möhübbət oğlu Nağıyev, 1962-ci il təvəllüdlü Habil Möhübbət oğlu Nağıyev və 1965-ci il təvəllüdlü Rövşən Ərəstun oğlu İsmayılov hadisə yerində ölmüşdür. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ölənlərin cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:57-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunda idarəetmə lövhəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Şiləvar kəndində (rayon mərkəzindən 4 km aralı) transformatorun giriş-çıxış kabelləri 10 p.m. yanmışdır. Transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasının ərazisində 100 kv.m sahəyə yığılmış taxta materialları 20 kv.m sahədə yanmışdır. Taxta materialların qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.