Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:00-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:09-da başa çatmışdır;
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 900 kv.m olan anbarda “Hyundai Tucson” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai Sonata” markalı minik avtomobilinin qapıları və 80 kv.m sahəyə yığılmış yağ çəlləkləri yanmışdır. Anbar və anbarda olan digər avtomobillər (33 ədəd) yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
4 iyun 2012-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonunda aşkarlanmış döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisi zərərsizləşdirilmişdir. Daşınmasının təhlükəli olduğu nəzərə alınaraq, mərmi tapıldığı ərazidə partladılma üsulu ilə məhv edilmişdir. Əməliyyat Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş və saat 13:23-də başa çatmışdır;
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkan qəfəsində 10 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 140 kv.m olan ikimərtəbəli altıotaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 98 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “İveco” markalı avtobus və “KAMAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtobusda olan 2 nəfər sərnişin - 1972-ci il təvəllüdlü Xanım Qəzənfər qızı Abdulova və 1988-ci il təvəllüdlü Nərgiz Ədalət qızı Abdulova ölmüş, 15 nəfər xəsarət almışdır. Xəsarət alanlar Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə X.Abdulovanın cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:24-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində gözdən əlil olan 1938-ci il təvəllüdlü qadın giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Zərərçəkmişin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 19:16-da başa çatmışdır;
Ağstafa rayonunda dağlıq ərazidə 25 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 5 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 21:29-da Zaqatala rayonunun inzibati mərkəzindən 15 km cənubda zəlzələ qeydə alınmışdır. Zəlzələ Zaqatala şəhərində və ətraf rayonlarda 4,0 bala qədər hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı olmamışdır;
Abşeron rayonunda Masazır gölünün ətrafında 4 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonunda, Ələt-Astara yolunun 140-cı kilometrliyində “VAZ” və “Mitsubishi” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilin sərnişini - 1960-cı il təvəllüdlü Məlahət Balağa qızı Məhərrəmova hadisə yerində ölmüşdür. M.Məhərrəmovanın cəsədi təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:07-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Şəmkir rayonunda, Bakı-Qazax yolunun 372-ci kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili körpüdən aşmış və yanmışdır. Nəticədə, avtomobilin sürücüsü yaralanmış, sərnişini (şəxsiyyəti məlum deyil) hadisə yerində ölmüşdür. Yaralı və sərnişinin cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Yanğın saat 01:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.