Geri

5 iyun 2012-ci il, saat 22:00-dək

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 5 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 21:29-da Zaqatala rayonunundan 15 km cənubda zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4 bala qədər olmuşdur. İnsan tələfatı və tikililərdə dağıntılar yoxdur. Zəlzələ hiss olunmamışdır.

Geri

5 iyun 2012-ci il, saat 20:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “İVECO” markalı sərnişin avtobusu və “KAMAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “İVECO” markalı sərnişin avtobusunda xəsarət almış sərnişinlər Təcili Tibbi Yardım stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmış, digər sərnişin Abdullayeva Xanım Qəzənfər qızı aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə X.Abdullayevanın cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:24-də başa çatmışdır.

Geri

5 iyun 2012-ci il, saat 16:25-dək

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 900 kv.m olan anbarda “Hyundai Tucson” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai Sonata” markalı minik avtomobilinin qapıları və 80 kv.m sahəyə yığılmış yağ çəlləkləri yanmışdır. Anbar və anbarda olan digər avtomobillər (33 ədəd) yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

4 iyun 2012-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonunda aşkarlanmış döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisi zərərsizləşdirilmişdir. Daşınmasının təhlükəli olduğu nəzərə alınaraq, mərmi tapıldığı ərazidə partladılma üsulu ilə məhv edilmişdir. Əməliyyat Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş və saat 13:23-də başa çatmışdır.  

Geri

05 iyun 2012-ci il, saat 14:40:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:09-da başa çatmışdır.

Geri

05 iyun 2012-ci il, saat 12:25:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:00-da başa çatmışdır.

Geri

05 iyun 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:44-də başa çatmışdır;

Abşeron rayonunda Binəqədi-Novxanı yolunun kənarında 50 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Böyük Həmyə kəndində (rayon mərkəzindən 8 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Boyat kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,2 ton ot bağlaması, qonşuluqda yerləşən ümumi sahəsi 100 kv.m olan tövlənin çardağı və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Ərəb kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:47-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 65-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, minik avtomobilinin sürücüsü - 1984-cü il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərov ölmüşdür. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə V.Əsgərovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 18:20-də başa çatmışdır;

Ağdaş rayonu, Kükəl kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 240 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 19 ton ot bağlamasının 17 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə  olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonunda, Zaqatala-Gürcüstan yolunun 157-ci kilometrliyində vətəndaşa məxsus “Belarus” markalı traktorun qoşqusuna yığılmış 2 ton ot bağlaması yanmışdır. Traktor və qoşqu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Bəcirəvan kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Horonu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus 3 ton ot bağlamasının 1,8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda partlamamış döyüş sursatı aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin etmişlər. Daha sonra nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisidir. Mərmi zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:08-də başa çatmışdır;

Xaçmaz rayonu, Sibiroba kəndində dənizkənarı ərazidə 25 ha sahədə qamışlıq yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus “Belarus” markalı traktorun qoşqusuna yığılmış 1 ton ot bağlaması yanmışdır. Traktor və qoşqu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 06:49-da başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birotaqlı evin tavanı 10 kv.m sahədə yanmış, evdə olan 1 nəfər azyaşlı uşaq yanıq xəsarəti almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.