Geri

04 iyun 2012-ci il, saat 14:30-dək ,ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:44-də başa çatmışdır.

Geri

04 iyun 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda (Pirşağı sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:00-da başa çatmışdır;
 
Şəmkir rayonu, Dəllər qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin zirzəmisində 30 kv.m sahədə istifadəsiz ev əşyaları yanmışdır. Ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
 
Ucar rayonu, Yuxarı Şilyan kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu və yaxınlıqda yerləşən ümumi sahəsi 80 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:06-da başa çatmışdır;
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1996-cı il təvəllüdlü İsa Şəmşid oğlu Rəhimov Sumqayıt şəhəri ərazisində dənizdə (Sumqayıt sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş və axtarışlara başlamışlar. İ.Rəhimovun cəsədi batdığı yerdən, təxminən, 600 metr aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:42-də başa çatmışdır;
 
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:31-də başa çatmışdır.