Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin ümumi sahəsi 8 kv.m olan dəhlizində elektrik tənzimləyicisi 1 kv.m sahədə yanmış, yüksək temperaturdan asma tavan deformasiyaya uğramışdır. Yanğın, yanğın bölmələri çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində vətəndaşa məxsus sement istehsalı zavodunda elevatorun rezin sarğısı yanmışdır. Elevator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad şəhərində, vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan ikimərtəbəli 4 otaq və 2 ayabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 52 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Vladimirovka kəndində süni göldə 1984-сü il təvəllüdlü Quliyev Samir Sayəddin oğlu batmışdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunmuşlar. Axtarış nəticəsində batan şəxsin cəsədi tapılaraq sudan çıxarılmışdır. Əməliyyat saat 18:20 də başa çatmışdır;
27 iyun 2012-ci il tarixində Siyəzən rayonu, Böyük Həmyə kəndi ərazisində dənizdə (“Böyük Həmyə” sularda xilasetmə məntəqəsindən, təxminən, 500 m aralıda, nəzarətsiz ərazidə) batmış 1990-cı il təvəllüdlü Məmmədov Araz Ağaməhəmməd oğlunun axtarışları başa çatmışdır. A.Məmmədovun cəsədi sahildə aşkarlanaraq aidiyyəti qurumun əməkdaşları tərəfindən götürülmüşdür.
Günün müxtəlif saatlarında Xəzər dənizinin Bilgəh, Sahil-1 və Corat sahillərində Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən dənizin nəzarət olunan hissəsində 3 nəfər, nəzarət olunmayan hissəsində 3 nəfər xilas olunmuşdur.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda daqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:53-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələrin arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:54-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda onikimərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:31-də başa çatmışdır.
Sabirabad rayonu, Kovlar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobilinin qoşqusuna yığılmış 6 ton ot bağlaması və qoşqunun yanar hissələri yanmışdır. Avtomobil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “VAZ” və “Toyota” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, “VAZ” markalı avtomobildə olan sərnişin - 1991-ci il təvəllüdlü Dadaşov Urxan Firuz oğlu vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “VAZ” markalı avtomobilin sürücüsü yaralanmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Əməliyyat saat 11:10-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yaşlı qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər mənzilə daxil olmağa cəhd edərkən mənzilin giriş qapısının kilidlənmədiyi müəyyən etmiş və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxs döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində həmin şəxsin xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 11:28-də başa çatmışdır;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
24 iyun 2012-ci il tarixində Şirvan kanalının Yevlax rayonu Ərəbbəsrə kəndi ərazisindən keçən hissəsində çimərkən batmış 1998-ci il təvəllüdlü Quliyev Elmin Aydın oğlunun cəsədi batdığı yerdən, təxminən, 1 km aralıda Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupunın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:50-də başa çatmışdır;
Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu km-də “NOVA” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, “VAZ” markalı minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Abdullayev Nadir Sədr oğlu və avtomobildə olan 4 sərnişin - 1962-ci il təvəllüdlü Abdullayeva Qənirə Aslan qızı, 1990-cı il təvəllüdlü Abdullayev Farız Nadir oğlu, 1967-ci il təvəllüdlü Aslanova Xoşgül Əli qızı və 1937-ci il təvəllüdlü Aslanova Səkinə Əliş qızı hadisə yerində vəfat etmişlər. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:39-da başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Lerik rayonu, Əliabad kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan avtomobil təmiri sexində digər vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi və sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 12 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və tövlənin qarşısına yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təchizatının kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:19-da başa çatmışdır;
4 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil-1”, “Zaqulba-1” və “Zaqulba-3” sularda xilasetmə məntəqələrinin ərazilərində), 1 nəfər Abşeron rayonu ərazisində dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsinin ərazisində) və 1 nəfər Lənkəran rayonu ərazisində dənizdə (“Lənkəran” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar;
Siyəzən rayonu ərazisində dənizdə (“Böyük Həmyə” sularda xilasetmə məntəqəsindən 500-600 m aralıda, nəzarətsiz ərazidə) 1990-cı il təvəllüdlü Məmmədov Araz Ağaməhəmməd oğlu çimərkən batmışdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunmuşlar. Hazırda qeyd olunan şəxsin axtarışları üzrə əməliyyat davam etdirilir.