Geri

27 iyun 2012-ci il, saat 16:20-dək, ilkin məlumata əsasən

Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu km-də “NOVA” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, “VAZ” markalı minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Abdullayev Nadir Sədr oğlu və avtomobildə olan 4 sərnişin - 1962-ci il təvəllüdlü Abdullayeva Qənirə Aslan qızı, 1990-cı il təvəllüdlü Abdullayev Farız Nadir oğlu, 1967-ci il təvəllüdlü Aslanova Xoşgül Əli qızı və 1937-ci il təvəllüdlü Aslanova Səkinə Əliş qızı hadisə yerində vəfat etmişlər. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:39-da başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 74 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 10 kv.m sahədə lambirindən ibarət tavan yanmışdır. Yanğın yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Əliabad kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan avtomobil təmiri sexində digər vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi və sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 

 

Geri

27 iyun 2012-ci il, saat 10:00-dək

Masallı rayonu, Hişkədərə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə və çardağa yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, İkinci Şıxlı kəndində (rayon mərkəzindən 37 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanmışdır. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Böyük Xocavar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş eyvanda döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 13:27-də başa çatmışdır;

Sabirabad rayonu, Qaragüney kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonununda Xocahəsən yolunun kənarındakı bataqlıqda yük avtomobillərinin batması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər yük avtomobillərinin bataqlıqdan çixarılmasına müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 14:47-də başa çatmışdır;

Qəbələ rayonu, Böyük Əmili kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşlara məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqda olan digər taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Bədirli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Sarxanlı kəndində (rayon mərkəzindən 35 km aralı) 100 ha sahədə biçilmiş taxıl sahəsi və 70 ha sahədə quru ot yanmışdır. Ərazidəki biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 1 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş zonadan təxliyyə edilmişdir. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələrin arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:17-də başa çatmışdır;

Lənkəran şəhərində 7 ha sahədə quru ot və qamışlıq yanmışdır. Yanğından ərazidəki tikililər mühafizə olunmuşdur. Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Bedağar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Sərxan kəndində (rayon mərkəzindən 20 km aralı) dağlıq ərazidə 2 ha sahədə kol-kos yanmışdır. Ərazidəki meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 23:25-də Şəki rayonunun inzibati mərkəzindən 10 km qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 3,0 bal olmuşdur. İlkin məlumata əsasən, insan tələfatı olmamışdır;

3 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil”, “Sahil-1” sularda xilasetmə məntəqələrinin ərazilərində), 1 nəfər Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) və 3 nəfər Abşeron rayonu ərazisində dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar;

24 iyun 2012-ci il tarixində Şirvan kanalının Yevlax rayonu, Ərəbbəsrə kəndindən keçən hissəsində batmış 14 yaşlı Quliyev Elmin Aydın oğlunun cəsədi batdığı yerdən, təxminən, 1 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 09:50-də başa çatmışdır.