Geri

26 iyun 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşı liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:22-də başa çatmışdır;

Sumqayıt şəhərində hazırda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində otaqda yaşlı qadının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə otağın qapısının üzərində yerləşən kiçik pəncərədən keçərək içəri daxil olmuşlar. Otağa baxış keçirilərkən döşəmədə halsız vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilmişdir. Əməliyyat saat 12:10-da başa çatmışdır;

Masallı rayonu, Ərkivan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan avtomobil təmiri sexinin tavanı 15 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində gücü 250 kVt olan transformatorun yanar hissələri yanmışdır. Yaxınlıqdakı mebel sexi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Bəşirbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin dam örtüyünün taxtadan ibarət yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “Nissan” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, “Nissan” markalı avtomobilin sərnişin yaralanmış və qeyd edilən avtomobildə olan sürüçü Elçin Cəfərov vəfat etmişdir. Yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:33-də başa çatmışdır;

Göyçay rayonu, Qızılağac kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4,5 ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs çarpayıda yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 15:43-də başa çatmışdır;

Xaçmaz rayonu,Xanoba kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1.5 ton  ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri,Yasamal rayonunda İran İslam Respublikasının Səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot və ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanmışdır.Yanğından yaxınlıqdakı evlər mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1990-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Abşeron rayonu ərazisində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən, təxminən, 2000 m sağda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:55-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:10-da başa çatmışdır;

Cəlilabad şəhərində vətəndaşa məxsus  ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış ümumi çəkisi 10 ton ot bağlamasının 6 tonu yanmışdır.Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1944-ci il təvəllüdlü  yaşlı qadın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə çıxan xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın çarpayıdan yıxılmış vəziyyətdə aşkarlanmışdır.Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. İlkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 18:53-də başa çatmışdır;

Şəki rayonu,Vərəzət kəndində vətəndaşa məxsus ümumi sahəsi 41 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır.Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1952-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Zaqulba 3” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:05-də başa çatmışdır;

1996-cı il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:25-də başa çatmışdır;

1992-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:45-də başa çatmışdır;

Bakı şəhəri,Nizami rayonunda "DAEWOO" markalı sərnişin avtobusunun arxa təkəri yanmışdır. Yanğından avtobusun qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşı liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:32-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı partlayıcı qurğusu 2 ədəd (UZRQM) üzərində olan 2-ədəd F-1 əl qumbarası, və 1 ədəd (PDŞ-3) tüstülədici şaşkası. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər  tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 23:00-da başa çatmışdır;

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 01:05-də Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4,5 bala qədər olmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır;

Masallı rayonu, Kalinovkla kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin  dam örtüyünün yanar konstruksiyaları 135 kv.m  və 4 otaq 80 kv.m. sahədə yanmışdır.Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 iyun 2012-ci il, saat 06;00-dək, ilkin məlumata əsasən

Xaçmaz rayonu, Xanlıoba kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1.5 ton  ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot və  qeyri-qanuni fəaliyyət göstərən ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanmışdır. Yanğından yaxınlıqdakı evlər mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:10-da başa çatmışdır;

Cəlilabad şəhərində vətəndaşa məxsus  ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış ot bağlamasının 6 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə çıxan xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın çarpayıdan yıxılmış vəziyyətdə aşkarlanaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. İlkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 18:53-də başa çatmışdır;

Şəki rayonu, Vərəzət kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 41 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda "DAEWOO" markalı sərnişin avtobusunun arxa təkəri yanmışdır. Yanğından avtobusun qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılmışdır;

3 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“sahil-1”, “Zaqulba 3” sularda xilasetmə məntəqəsinin ərazilərində) və 1 nəfər Abşeron rayonu ərazisində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən təxminən, 2000 m sağda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişlər. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşı liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:32-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı partlayıcı qurğuları (UZRQM) ilə  birlikdə olan 2-ədəd F-1 əl qumbarası və 1 ədəd (PDŞ-3) tüstülədici şaşkadır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər  tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 23:00-da başa çatmışdır;

26 iyun 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində      İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 iyun 2012-ci il tarixində    Bakı vaxtı ilə saat 01:05-də Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 4,5 bal təşkil etmişdir. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır.