Geri

25 iyun 2012-ci il, saat 17:45-dək, ilkin məlumata əsasən

Salyan rayonu, Bəşirbəyli kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin dam örtüyünün taxtadan ibarət yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “Nissan” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, “Nissan” markalı avtomobilin sürücüsü yaralanmış və qeyd edilən avtomobildə olan sərnişin Elçin Cəfərov vəfat etmişdir. Yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:33-də başa çatmışdır;

Göyçay rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4,5 ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından 3-cü mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən çarpayıda uzanmış vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:43-də başa çatmışdır.

Geri

25 iyun 2012-ci il, saat 15:10-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təchizatının kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:22-də başa çatmışdır;

Sumqayıt şəhərində hazırda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində otaqda yaşlı qadının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə otağın qapısının üzərində yerləşən kiçik pəncərədən keçərək içəri daxil olmuşlar. Otağa baxış keçirilərkən döşəmədə halsız vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilmişdir. Əməliyyat saat 12:10-da başa çatmışdır;

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan avtomobil təmiri sexinin tavanı 15 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində gücü 250 kVt olan transformatorun yanar hissələri yanmışdır. Yaxınlıqdakı mebel sexi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

25 iyun 2012-ci il, saat 09:00-dək

Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Pirsaat qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 20 kv.m olan səyyar qazanxananın içərisində 7 kv.m sahəyə yığılmış kabellər yanmışdır. Qazanxana və yaxınlıqdakı 3 ədəd 50 tonluq yanacaq dolu çən yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:12-də başa çatmışdır;

Cəlilabad rayonu, Suluçeşmə kəndində (rayon mərkəzindən 3 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus umumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksyaları və içərisinə yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Şahnəzərli kəndində (rayon mərkəzindən 15 km aralı) hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 475 kv.m olan bimərtəbəli taxta konstruksiyalardan ibarət məktəb binasının 3 otaq və dəhlizinin yanar konstruksiyaları yanmışdır. Məktəb binasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaq və dəhlizdən ibarət olan fərdi evin dəhliz və 2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Əhmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 1.5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinnə məxsus ərazidə 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:17-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda yeddimərtəbəli (otel kimi fəaliyyət göstərən) inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 15 kv.m olan saunanın taxta üzlükləri yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Ocaqlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 7,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda “Volkswagen” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, “Volkswagen” markalı avtomobilin sürücüsü yaralanmışdır. Xilasedicilər yaralıya ilkin tibbi yardım göstərmiş və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 23:21-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin şəxsi mənzildə huşsuz vəziyyətdə aşkar etmiş, çarpayıya uzadaraq hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən müayinə edilməsi üçün şəraiti təmin etmişlər. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən keçirilmiş ilkin müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən edilmişdir. Əməliyyat saat 01:35-də başa çatmışdır. Qeyd edilən ünvandan saat 08:00 radələrində daxil olmuş məlumata əsasən, həmin yaşlı qadına bir daha müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 08:39-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda Neft daşlarının ərazisində neft-qaz vakuum kompressor qurğusunda yanğın hadisəsi baş vermişdir. Nəticədə, kompressor qurğusu yanaraq deformasiyaya uğramış və qurğuda işləyən bir nəfər xəsarət almışdır. Digər 3 ədəd qurğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Birinci Yeddioymaq kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və içərisinə yığılmış 17 ton ot bağlamasının 11 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "Daewoo" markalı sərnişin avtobusunun salon hissəsi və yaxınlıqda tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan qarajın dam örtüyü 5 kv.m sahədə yanmışdır. Avtobusun və qarajın qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

10 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil”, “Sahil-1”, Bilgəh və “Zaqulba-1” sularda xilasetmə məntəqələrinin ərazilərində) və 1 nəfər Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan kanalının Yevlax rayonu, Ərəbbəsən kəndindən keçən hissəsində 14 yaşlı Quliyev Elmin Aydın oğlu çimərkən batmışdır. Hadisə yerinə nazirliyin sularda xilasetmə xidmətinin Aran DAQ-ın xilasediciləri cəlb olunmuşdur. Hazırda həmin şəxsin cəsədinin axtarışları üzrə əməliyyat davam etdirilir.