Geri

24 iyun 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Abşeron rayonunda “Tofaş” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, sürücülər xəsarət almışdır. Hadisə şahidlərinin sözlərinə görə xəsarət almış sürücülrər Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:49-da başa çatmışdır;

1981-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Suraxanı rayonu ərazisində dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən, təxminən, 500 m solda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:12-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1988-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil 1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyatlar saat 17:35-də başa çatmışdır;

Zərdab rayonu, Məmməd Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 9 kv.m. sahədə yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1990-cı il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil 1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyatlar saat 17:50-də başa çatmışdır;

Abşeron rayonunda Ceyranbatan Su Anbarının ərazisində 5 ha sahədə quru ot, kol-kos və qamışlıq yanmışdır. Yanğından ərazidəki meşə zolağı və nasosxana mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, 1992-ci il təvəllüdlü Samir Şırxan oğlu Mahmudov Bakı şəhəri, Abşeron rayonu ərazisində dənizdə (“Fatmayı” sularda xilasetmə məntəqəsindən, təxminən, 500-550 m sağda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş və axtarışlara başlamışlar. S.Mahmudovun cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:00-da başa çatmışdır;

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan yeməkxananın mətbəxinin yanar konstruksiyaları 10 kv.m. sahədə yanmışdır. Yanğından yeməkxananın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1990-cı və 1991-ci il təvəllüdlü 2 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil 1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyatlar saat 18:15-də başa çatmışdır;

Salyan rayonu, Ərəb Qardaşbəylər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda 18 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 137 kv.m. olan 3 otaqlı mənzilin eyvanında "Kombi" su qizdırıcısı, "LG" markalı kondisioner və eyvanın yanar konstruksiyaları 3 kv.m. sahədə yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 6 tonu yanmışdır. Yanğından ot bağlaması qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Binəqədi rayonu, Kənar Dairəvi yolun kənarındə  2 ha sahədə quru ot yanmışdır. Yanğından ərazidə olan ağaclar mühafizə olunmuşdur. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “AXA MBASK” sığorta şirkətinin ofisində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1953-cü il təvəllüdlü kişi içəridə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ofisin qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 21:50-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 18 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı mənzilin yataq otağında bir ədəd yataq dəsti yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur. Yanğın, yanğın bölmələri çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dəmir qırıntıları arasında döyüş sursatı aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, tank əleyhinə təlim minasıdır. Tapılmış əşya aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 23:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:28-də başa çatmışdır;

Zaqatala rayonu, Maqov kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m. olan taxta sexinin yanar konstruksiyaları və taxta materialları yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 01:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m. olan taxta konstruksiyalardan ibarət 2 otaqlı mənzilin dəhlizində tavan 5 kv.m. sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində kənd bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından digər sahələr və yaxınlıqdan keçən neft kəməri mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m. olan 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində 5 ədəd vitrin-soyuducu yanmış və yüksək temperaturdan 30 kv.m. sahədə tavan deformasiyaya uğramışdır. Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda sahibi məlum olmayan "VAZ- 2106" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 06:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.