Geri

23 iyun 2012-ci il, saat 16:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Abşeron rayonunda “Tofaş” və “VAZ” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, sürücülər xəsarət almışdır. Hadisə şahidlərinin sözlərinə görə xəsarət almış sürücülrər Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:49-da başa çatmışdır.

Geri

23 iyun 2012-ci il, saat 09:00-dək

Ağcabədi rayonu, Şahmalılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda 1958-ci il təvəllüdlü Zibeydə Əliəşrəf qızı Dadaşovaya məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evdə ev əşyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ev sahibinin xəstəxanaya aparıldığı və orada öldüyü bildirilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Şəmkir rayonu, Muxtariyyat kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Çaylı kəndində (rayon mərkəzindən 10 km aralı) kənd qəbirstanın ərazisində 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar  yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Bəyimli qəsəbəsində (rayon mərkəzindən 40 km aralı) bələdiyyəyə  məxsus ərazidə 300 ha sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 21:40-da yerli sakinlərin köməkliyi ilə yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı ferma və biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Nərimanov rayonunda “Toyota” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmişdir. Xəsarət alan olmamışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:50-də başa çatmışdır.

 

Geri

23 iyun 2012-ci il, saat 03:00-dək, ilkin məlumata əsasən

Şəmkir rayonu, Muxtariyyat kəndi (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Çaylı kəndi (rayon mərkəzindən 10 km aralı) kənd qəbiristanlığının ərazisində 3HA sahədə  kol-kos yanmışdır. Yaxınlıqdakı  ağaclar  yanğınsöndürənlər tərəfindən mühafizə  olunmuşdur. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Bəyimli qəsəbəsi (rayon mərkəzindən 40 km aralı) bələdiyyəyə  məxsus ərazidə 300 HA sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 21:40-da yanğınsöndürənlər və yerli sakinlərin köməkliyi ilə söndürülmüşdür. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Ağsu rayonu, İsmayıllı-Muğanlı yolunun 40-cı kilometrliyi (İsmayıllı RDYMH-dən 40 km aralı) vətəndaşa məxsus "PORSCHE" markalı minik avtomobilli qəzaya uğrayaraq dərəyə yuvarlanmışdır. Nəticədə avtomobilin yanar hissələri yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sönmüşdür. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.