Şəmkir rayonu, Muxtariyyat kəndi (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar rayonu, Çaylı kəndi (rayon mərkəzindən 10 km aralı) kənd qəbiristanlığının ərazisində 3HA sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən mühafizə olunmuşdur. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Zərdab rayonu, Bəyimli qəsəbəsi (rayon mərkəzindən 40 km aralı) bələdiyyəyə məxsus ərazidə 300 HA sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 21:40-da yanğınsöndürənlər və yerli sakinlərin köməkliyi ilə söndürülmüşdür. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;
Ağsu rayonu, İsmayıllı-Muğanlı yolunun 40-cı kilometrliyi (İsmayıllı RDYMH-dən 40 km aralı) vətəndaşa məxsus "PORSCHE" markalı minik avtomobilli qəzaya uğrayaraq dərəyə yuvarlanmışdır. Nəticədə avtomobilin yanar hissələri yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sönmüşdür. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.