Geri

22 iyun 2012-ci il, saat 20:58-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus  ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzilin giriş qapısı və döşəmə 1 kv.m sahədə yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi söndürülmüşdür;

Ağcabədi rayonu, Şahmallar kəndində vətəndaşa məxsus  ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən  yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz şəhərində vətəndaşa məxsus "Nəsimi" ticarət mərkəzinin ərazisində yerləşən  ümumi sahəsi 1200 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda 1958-ci il təvəllüdlü Dadaşova Zibeydə Əliəşrəf qızına məxsus  ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evdə "SİEMENS" markalı kondisioner və ev əşyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ev sahibinin xəstəxanaya aparıldığı və orada öldüyü bildirilmişdir. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

22 iyun 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan üçotaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 120 kv.m sahədə və iki qonşu mənzilin qapıları hər biri 2 kv.m sahədə yanmışdır. Yanğın zamanı 2 nəfər, o cümlədən 1 nəfər azyaşlı uşaq xilas olunmuş, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

3 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində və 2 nəfər Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” və “Pirşağı” sularda xilasetmə məntəqələrinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar. Əməliyyatlar müvafiq olaraq saat 18:22-də və saat 20:20-də başa çatmışdır;

Ağstafa rayonunda ümumi sahəsi 600 kv.m olan sexin içərisinə yığılmış köhnə süngərlər və plastik materiallar 150 kv.m  sahədə yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:50-də başa çatmışdır;

Neftçala rayonu, Surra kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 49 kv.m sahədə və dama yığılmış 7,4 ton ot bağlamasının 400 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu ərazisində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən 4 km məsafədə, nəzarətsiz ərazidə) çimərkən 1990-cı il təvəllüdlü Ceyhun Yunis oğlu Bayramov batmış, batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. C.Bayramovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:20-də başa çatmışdır;

Neftçala rayonu, Surra kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və dama yığılmış 4,5 ton ot bağlamasının 700 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində (rayon mərkəzindən 24 km aralı)  vətəndaşa məxsus “KAMAZ” markalı avtomobilin qoşqusunun yanar hissələri və qoşquya yığılmış 4 ton ot bağlaması yanmışdır. Yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Çöhranlı kəndində (rayon mərkəzindən 12 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmış otlaq sahə yanmışdır. Yaxınlıqdakı biçilməmiş otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 6 nəfər, o cümlədən 2 uşaq köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:05-də başa çatmışdır;

Kürdəmir rayonu, Muradxan kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “KAMAZ” markalı yük avtomobili, “Kia” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, “Kia” markalı avtomobilin sürücüsü yaralanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərmiş və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 03:16-da başa çatmışdır.

Ötən sutka ərzində respublika ərazisində:

- Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən diqqətəlayiq 10 yanğın hadisəsi qeydə alınmışdır. Həmin hadisələr zamanı ölən və xəsarət alan olmamışdır;

- Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 3 əməliyyat keçirilmişdir. 9 nəfərin xilas olunması üçün müvafiq tədbirlər görülmüşdür;

- Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən 3 əməliyyat keçirilmişdir. Batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunmuşdur. 1 nəfər nəzarətsiz ərazidə çimərkən batmışdır. Cəsəd sudan çıxarılmışdır.

Geri

22 iyun 2012-ci il,saat 01:00-dək, ilkin məlumata əsasən

Ağstafa rayonunda, maşınqayırma zavodunun ərazisində ümumi sahəsi 600 kv.m olan sexin içərisinə yığılmış köhnə süngərlər və plastik materiallar 150 kv.m  sahədə yanmışdır. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Surra kəndində  ( rayon mərkəzindən 34 km. aralı) vətəndaşa məxsus  ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyü yanar konstruksiyaları 49 kv.m sahədə və dama yıgılmış 400kq ot baglaması  yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Surra kəndində  ( rayon mərkəzindən 34 km. aralı) vətəndaşa məxsus  ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və dama yıgılmış 720 kq ot baglaması yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Yeni Qaradolağ kəndi (rayon mərkəzindən 24 km aralı)  vətəndaşa məxsus  Kamaz markalı avtomobilin qoşqusunun yanar hissələri və qoşquya yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Çöhranlı kəndində  (rayon mərkəzindən 12 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmış otlaq sahə yanmışdır.Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:05-də başa çatmışdır.