Geri

22 iyun 2012-ci il,saat 01:00-dək, ilkin məlumata əsasən

Ağstafa rayonunda, maşınqayırma zavodunun ərazisində ümumi sahəsi 600 kv.m olan sexin içərisinə yığılmış köhnə süngərlər və plastik materiallar 150 kv.m  sahədə yanmışdır. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Surra kəndində  ( rayon mərkəzindən 34 km. aralı) vətəndaşa məxsus  ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyü yanar konstruksiyaları 49 kv.m sahədə və dama yıgılmış 400kq ot baglaması  yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Surra kəndində  ( rayon mərkəzindən 34 km. aralı) vətəndaşa məxsus  ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və dama yıgılmış 720 kq ot baglaması yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Yeni Qaradolağ kəndi (rayon mərkəzindən 24 km aralı)  vətəndaşa məxsus  Kamaz markalı avtomobilin qoşqusunun yanar hissələri və qoşquya yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Çöhranlı kəndində  (rayon mərkəzindən 12 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmış otlaq sahə yanmışdır.Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:05-də başa çatmışdır.