Geri

21 iyun 2012-ci il, saat 16:40-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan üçotaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 120 kv.m sahədə və iki qonşu mənzilin qapıları hər biri 2 kv.m sahədə yanmışdır. Yanğın zamanı 2 nəfər, o cümlədən 1 nəfər azyaşlı uşaq xilas olunmuş, təxminən, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan qamışdan ibarət köşkün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 

 

Geri

21 iyun 2012-ci il, saat 12:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən mənzildə yanğın olmuşdur. Yanğın zaman mənzildə olan 2 nəfər xilas olunmuş, təxminən, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

21 iyun 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında 9-cu mərtəbədən 17-ci mərtəbəyədək şaxta boyunca 30 p.m  elektrik  kabelləri və 84 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı 8 nəfər sakin, o cümlədən 2 uşaq yanğınsöndürənlər tərəfindən təxliyyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 150 km aralıda, nəzarətsiz ərazidə) 1997-ci il təvəllüdlü Köçəri Şirxan oğlu Əhmədov batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. K.Əhmədovun cəsədi batdığı yerdən 20 m aralıda dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:13-də başa çatmışdır;

Ağcabədi rayonunda bələdiyyəyə məxsus ərazidə 5 ha sahədə quru ot yanmışdır. Digər sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 400 kv.m açıq sahəyə yığılmış kafel-metlax mallarının polietilen və taxta materiallardan olan taraları 40 kv.m. sahədə yanmışdır. Təsərrüfat mallarının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1964-cü il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 4-cü mərtəbədə yerləşən mənzilin eyvanına enərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə oturaq vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 19:29-da başa çatmışdır;

Daşkəsən rayonu, Quşçu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobilinin banına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Avtomobil və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Bəydili kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşlara məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidə olan biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonunda Bakı-Quba yolunun 120-ci kilometrliyində “Belarus” markalı traktorun qoşqusuna yığılmış 2 ton ot bağlaması yanmışdır. Qoşqu və traktor yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Dardoqqaz kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus “Qazel” markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Sərkar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ərazidə 1,5 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Ərazidə olan digər biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Şənlik kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyadan  ibarət tövlə yanmışdır. Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.