Geri

12 iyun 2012-ci il, saat 09:00-dək

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evdə tavan 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt yolunun 4-cü kilometrliyində 142 saylı marşrutla hərəkət edən “Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Göygöl rayonu, Çaylı kəndində (rayon mərkəzindən 22 km aralı) “PAZ” markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerində müvafiq təhlüksizlik tədbirləri görmüş, o cümlədən yaxınlıqda olan 6 ədəd qaz balonunu təhlükəsiz əraziyə köçürmüşlər. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin - 1938-ci il təvəllüdlü Yaşar Rzaqulu oğlu Abbasov pəncərədən atılaraq xəsarət almışdır. Y.Abbasov xəstəxanada ölmüşdür. Sürücü və qalan sərnişinlər avtobusu vaxtında tərk etmişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:21-də başa çatmışdır;

 Şabran şəhərində vətəndaşa məxsus “T-40” markalı traktorun qoşqusunun təkərləri və qoşquda olan 2 ton ot bağlaması yanmışdır. Traktor yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus 3 ha biçilməmiş və 1,7 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:21-də başa çatmışdır;

 Göyçay rayonu, Kürdşaban kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 100 kv.m sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Ərazidəki biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Xəzər rayonunda istehsalat müəssisəsində andulindən ibarət dam örtüyü, təqribən, 200 kv.m sahədə və 3 ədəd hava kompressoru yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Xızı rayonu, Sitalçay kəndində (rayon mərkəzindən 45 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə quru ot və kol-kos yanmışdır. Digər sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda bıçaqla silahlanaraq ictimai asayişi pozan 1961-ci il təvəllüdlü Tamerlan İsa oğlu İsayev polis əməkdaşlarının tələblərinə tabe olmamış və qaçaraq mənzildə gizlənmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş mənzilin qapısını içəridən qəsdən bağlamış, ailə üzvlərinə və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmış və hüquq-mühafizə orqanlarının əməkdaşlarının içəri daxil olmalarına şərait yaratmışlar. T.İsayev zərərsizləşdirilmişdir. Əməliyyat saat 16:11-də başa çatmışdır;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1942-ci il təvəllüdlü Vesçelova Svetlana Dmitriyevna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən S.Vesçelova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində qadının öldüyü müəyyən olunmuşdur. Əməliyyat saat 16:23-də başa çatmışdır;

 Quba rayonu, Zərdabi qəsəbəsində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər Abşeron rayonu ərazisində dənizdə (Fatmayı sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:15-də başa çatmışdır;

 Şəki rayonu, Şəki kəndində (rayon mərkəzindən 38 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 İmişli rayonu, Qızılkənd kəndində vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Hacıqabul rayonu, Padar qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 8 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:17-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:31-də başa çatmışdır;

 Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində dənizdə (“Nizovaya” sularda xilasetmə məntəqəsinin ərazisində) 1992-ci il təvəllüdlü 1 nəfər intihara cəhd göstərmişdir. Sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri intiharın qarşısını almışlar. Əməliyyat saat 20:40 radələrində başa çatmışdır;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1960-cı il təvəllüdlü İlyas Mehdi oğlu Hüseynov Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş və axtarışlara başlamışlar. İ.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 20 m aralıda “Salyan” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:00-da başa çatmışdır.