Geri

11 iyun 2012-ci il, saat 19:30-dək

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 1961-ci il təvəllüdlü kişinin ictimai asayişi pozması, polis əməkdaşlarının həmin şəxsi zərərsizləşdirərkən onun qaçaraq mənzilinin qapısını içəridən bağlaması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş polis əməkdaşlarıın tələblərinə tabe olmur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaratmışlar. Əməliyyat saat 16:11-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən Vesçelova Svetlana Dmitriyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Vesçelovanın vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:23-də başa çatmışdır.

 

 

 

Geri

11 iyun 2012-ci il, saat 18:10-dək

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər Abşeron rayonu ərazisində dənizdə (Fatmayı sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:15-də başa çatmışdır.

 

Geri

11 iyun 2012-ci il, saat 15:55-dək

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin  qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evdə tavan 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt yolunun 4-cü kilometrliyində “Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Çaylı kəndində (rayon mərkəzindən 22 km aralı) “PAZ” markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş, o cümlədən yaxınlıqda olan qaz balonlarını təhlükəsiz əraziyə köçürmüşlər. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin - 1938-ci il təvəllüdlü Yaşar Rzaqulu oğlu Abbasov pəncərədən atılaraq xəsarət almışdır. Y.Abbasov xəstəxanada ölmüşdür. Sürücü və qalan sərnişinlər avtobusu vaxtında tərk etmişlər.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:21-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:21-də başa çatmışdır.

Geri

11 iyun 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:19-da başa çatmışdır;

Goranboy rayonu, Xan Qərvənd kəndində (rayon mərkəzindən 18 km aralı)  vətəndaşa məxsus ümumi sahəsi 155 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Evə bitişik talvar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda açıq sahədə 60 kv.m mazutluq və 5 ha quru ot yanmışdır. Ərazidəki neft buruqları və ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, İnstitut qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin tavanı 2 kv.m sahədə və ümumi sahəsi 48 kv.m olan qonşu tövlənin tavanı 2 kv.m sahədə (ümumi 4 kv.m)  yanmışdır. Hər iki tövlənin qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin 2 təkəri və salon hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Çaylı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşlara məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda Bakı-Quba yolunun 62-ci kilometrliyində “Toyota” markalı minik avtomobili dərəyə düşmüş, sürücü və sərnişin xəsarət almışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər hadisə yerində yaralılara ilkin tibbi yardım göstərmiş və  müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:37-də başa çatmışdır;

Yardımlı rayonu, Bərcan kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 45 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin  qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Yuxarı Qaradolaq kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində (rayon mərkəzindən 60 km aralı)  cəbhə xəttinin neytral zonasında 80 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan metlax sexinin çardağının yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda onmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 05:13-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “QAZ” markalı qaldırıcı kranın mühərrik hissəsi yanmışdır. Qaldırıcı kranın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.