Geri

11 iyun 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:19-da başa çatmışdır;

Goranboy rayonu, Xan Qərvənd kəndində (rayon mərkəzindən 18 km aralı)  vətəndaşa məxsus ümumi sahəsi 155 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Evə bitişik talvar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda açıq sahədə 60 kv.m mazutluq və 5 ha quru ot yanmışdır. Ərazidəki neft buruqları və ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, İnstitut qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin tavanı 2 kv.m sahədə və ümumi sahəsi 48 kv.m olan qonşu tövlənin tavanı 2 kv.m sahədə (ümumi 4 kv.m)  yanmışdır. Hər iki tövlənin qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin 2 təkəri və salon hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Çaylı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşlara məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda Bakı-Quba yolunun 62-ci kilometrliyində “Toyota” markalı minik avtomobili dərəyə düşmüş, sürücü və sərnişin xəsarət almışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər hadisə yerində yaralılara ilkin tibbi yardım göstərmiş və  müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:37-də başa çatmışdır;

Yardımlı rayonu, Bərcan kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 45 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin  qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Yuxarı Qaradolaq kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində (rayon mərkəzindən 60 km aralı)  cəbhə xəttinin neytral zonasında 80 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan metlax sexinin çardağının yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda onmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 05:13-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “QAZ” markalı qaldırıcı kranın mühərrik hissəsi yanmışdır. Qaldırıcı kranın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.