Geri

10 iyun 2012-ci il saat 11;20-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Uçar rayonu, Yuxarı Şilyan kəndində 1 nəfər su kanalında batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar.

Geri

10 iyun 2012-ci il saat 09;00-dək

Lənkəran rayonu, Şirinquyu kəndində vətəndaşa məxsus "KAMAZ" markalı  yük avtomobilinin yanar hissələri  və banına yığlmış 10 ton ot bağlaması yanmışdır. Yanğın zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili tibbi yardım xidməti tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışdır. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində  (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı  və dam örtüyü 18 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissəsində, 6 iyun 2012-ci il tarixində nəzarətsiz ərazidə batmış 1950-ci il təvəllüdlü Eldar Səhəd oğlu Nəcəfovun axtarışları başa çatmışdır. E. Nəcəfovun cəsədi batdığı yerdən 45 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 8-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş, giriş qapısını açmış və vətəndaşları xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:20-də başa çatmışdır;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m  sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Horadiz qəsəbəsində elektrik  enerji şəbəkəsinin ərazisində   3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı    tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 17 ha sahədə biçilmiş taxıl sahəsi və 3 ha biçilməmiş otlaq sahə yanmışdır.Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, İkinci Aşıqlı kəndində (rayon mərkəzindən 12 km aralı) həyətyanı sahəyə  yığılmış 7 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Uzuntəpə kəndində  (rayon mərkəzindən 14 km aralı)  vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan tövlənin yanar konstruksiyaları 34 kv.m sahədə və içərisinə yığılmış 600 kq ot bağlaması yanmışdır.  Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:38-də başa çatmışdır;

İmişli rayonu, Oruclu kəndində  (rayon mərkəzindən  16  km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır.  Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Xıllı qəsəbəsində ( rayon mərkəzindən 18 km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan  birmərtəbəli "Çinar" kafesinin tavanı  96 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda  vətəndaşa  məxsus  ümumi sahəsi 40 kv.m. olan  birmərtəbəli  3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 1 kv.m sahədə yanmışdır. Yanğın yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 2-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən gərgin psixoloji vəziyyətdə aşkarlanan uşaq xilasedicilər tərəfindən  xilas edərək aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 23:28-də başa çatmışdır;

Biləsuvar rayonu, Ağalıkənd kəndində  (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus traktorun qoşqusunun yanar hissələri və qoşqusuna yığılmış 2 ton ot bağlaması yanmışdır. Traktor yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Əmirzeyidli kəndində  (rayon mərkəzindən 42 km aralı) 50 ha sahədə  qamışlıq sahə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Şükürbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 14 ha  kol-kos yanmışdır.  Yaxınlıqdakı  əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dəmir konstruksiyadan ibarət yardımçı tikilinin taxta üzlükləri yanmışdır. Yaxınlıqdakı  tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı şəhərində vətəndaşa məxsus  ümumi sahəsi 40 kv. m olan yardımçı tikilinin  dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə  yanmışdır. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Paşan kəndi  (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 17 kv.m sahədə yanmışdır. Yardımçı tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Təklə kəndi (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan 1 mərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı bir nəfər əl və ayaq nahiyəsindən yüngül yanıq xəsərətləri almışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

10 iyun 2012-ci il, saat 00:30-dək, ilkin məlumata əsasən

Lənkəran rayonu, Şirin quyu kəndində vətəndaşa məxsus "KAMAZ" markalı  yük avtomobilinin yanar hissələri  və banına yığlmış 10 ton ot bağlaması yanmışdır. Yanğın zamanı sürücü T.M.Hüseynov əl-üz nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına  aparılmışdır. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində  (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı  və dam örtüyü 18 kv.m sahədə yanmışdır. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu,Yenikənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m  sahədə yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Horadis qəsəbəsində elektrik  enerji şəbəkəsinin ərazisində   3 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda, kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı sahələr mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 17 ha sahədə biçilmiş taxıl sahəsi və 3 ha biçilməmiş otlaq sahə yanmışdır.Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində (rayon mərkəzindən 12 km aralı) həyətyanı sahəyə  yığılmış 7 ton ot bağlaması yanmışdır.Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu,Uzuntəpə kəndində  (rayon mərkəzindən 14 km. aralı)  vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan tövlənin yanar konstruksiyaları 34 kv.m sahədə və içərisinə yığılmış 600 kq. ot bağlaması yanmışdır. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu,Oruclu kəndində  (rayon mərkəzindən  16  km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu,Xıllı qəsəbəsində ( rayon mərkəzindən 18 km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan  birmərtəbəli "Çinar" kafesinin tavanı  96 kv.m sahədə yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda  vətəndaşa  məxsus  ümumi sahəsi 40 kv.m. olan  birmərtəbəli  3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 1 kv.m sahədə yanmışdır. Yanğın yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 2-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən gərgin psixoloji vəziyyətdə aşkarlanan uşaq xilasedicilər tərəfindən  xilas edərək aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 23:28-də başa çatmışdır.