Geri

10 iyun 2012-ci il, saat 00:30-dək, ilkin məlumata əsasən

Lənkəran rayonu, Şirin quyu kəndində vətəndaşa məxsus "KAMAZ" markalı  yük avtomobilinin yanar hissələri  və banına yığlmış 10 ton ot bağlaması yanmışdır. Yanğın zamanı sürücü T.M.Hüseynov əl-üz nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına  aparılmışdır. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində  (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı  və dam örtüyü 18 kv.m sahədə yanmışdır. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu,Yenikənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m  sahədə yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Horadis qəsəbəsində elektrik  enerji şəbəkəsinin ərazisində   3 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda, kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı sahələr mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 17 ha sahədə biçilmiş taxıl sahəsi və 3 ha biçilməmiş otlaq sahə yanmışdır.Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində (rayon mərkəzindən 12 km aralı) həyətyanı sahəyə  yığılmış 7 ton ot bağlaması yanmışdır.Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu,Uzuntəpə kəndində  (rayon mərkəzindən 14 km. aralı)  vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan tövlənin yanar konstruksiyaları 34 kv.m sahədə və içərisinə yığılmış 600 kq. ot bağlaması yanmışdır. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu,Oruclu kəndində  (rayon mərkəzindən  16  km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu,Xıllı qəsəbəsində ( rayon mərkəzindən 18 km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan  birmərtəbəli "Çinar" kafesinin tavanı  96 kv.m sahədə yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda  vətəndaşa  məxsus  ümumi sahəsi 40 kv.m. olan  birmərtəbəli  3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 1 kv.m sahədə yanmışdır. Yanğın yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 2-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən gərgin psixoloji vəziyyətdə aşkarlanan uşaq xilasedicilər tərəfindən  xilas edərək aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 23:28-də başa çatmışdır.