Ucar rayonu, Çiyni kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 12 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:48-də başa çatmışdır;
Ağdaş rayonu, Xınaxlı kəndində vətəndaşa məxsus “Niva” markalı kombaynın mühərrikində elektrik avadanlığı və kənd bələdiyyəsinə məxsus ərazidə 0,5 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan rayonu, Xaçınabad kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus 20 ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı 10 ha biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Mingəçevir şəhəri ərazisində Yuxarı Qarabağ kanalında (Mingəçevir sularda xilasetmə məntəqəsindən 15 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1996-cı il təvəllüdlü Fərid Mürsəl oğlu Sadıqovun axtarışları başa çatmışdır. F.Sadıqovun cəsədi batdığı ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:42-də başa çatmışdır;
Sumqayıt şəhərində ümumi sahəsi 80 kv.m olan çayxanada lambirin və taxta konstruksiyalardan ibarət arakəsmə 30 kv.m sahədə və 2 ədəd televizor yanmışdır. Çayxananın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:29-da başa çatmışdır;
Zərdab rayonu, Əlvənd kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12,6 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.