Geri

8 may 2012-ci il, saat 15:50-dək, ilkin məlumata əsasən

Ağdaş rayonu, Xosrov kəndi ərazisində Yuxarı Şirvan Kanalına düşmüş 1933-cü il təvəllüdlü İsmayıl Bağı oğlu İsmayılovun axtarışları başa çatmışdır. İ.İsmayılovun cəsədi düşdüyü yerdən, təxminən, 50 m aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:26-da başa çatmışdır.

Geri

8 may 2012-ci il, saat 14:40- dək, ilkin məlumata əsasən

Quba rayonunda Bakı-Quba yolunun 146-cı kilometrliyində Vəlvələ çayı üzərindən keçən, təxminən, uzunluğu 120 m, eni 10 m olan körpü qəzalı vəziyyətə düşdüyündən hər iki istiqamətdə hərəkət dayandırılmışdır. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşaq köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısı təsadüfən kilidlənmişdir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Uşaqlar valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 13:33-də başa çatmışdır;

Ağdaş rayonu, Xosrov kəndi ərazisində 1933-cü il təvəllüdlü İsmayıl Bağı oğlu İsmayılov Şirvan kollektoruna düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar.

                                                                                         

Geri

8 may 2012-ci il, saat 09:00-dək

Şəmkir şəhərində transformatorun yağı və sarğıları yanmışdır. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan  birmərtəbəli beşotaqlı evin 3 otağının yanar konstruksiyaları 100 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Cibir kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarında riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, qapının kilidində yaranmış nasazlıq üzündən vətəndaş otaqların birində köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər vətəndaşa zəruri köməklik göstərmişlər. Əməliyyat saat 16:12-də başa çatmışdır;

Sabirabad rayonu, Zalqarağac kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları 99 kv.m sahədə yanmışdır. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda sahibsiz pişik 2 gün əvvəl hündürlüyü 7 metr olan ağaca dırmaşaraq orada köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər müvafiq qaydada pişiyi xilas etmişlər. Əməliyyat saat 19:49-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında 1979-cu il təvəllüdlü 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarında riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 00:33-də başa çatmışdır;

Bakı  şəhəri, Səbail rayonunda ümumi sahəsi 1400 kv.m olan üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 240 kv.m olan restoranın yanar konstruksiyaları və içərisində olan əşyalar 163 kv.m. sahədə, binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 115 kv.m olan 2 mənzildə fəaliyyət göstərən ofisdə döşəmə 15 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 150 kv.m olan mənzildə arakəsmə divar 6 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 120 kv.m olan mənzildə döşəmə 20 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 30 kv.m olan mənzildə arakəsmə divar 6 kv.m sahədə (ümumi 210 kv.m) yanmışdır. Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də cəlb olunmuşlar. Xilasedicilər sakinlərin təxliyyə olunmasını və təhlükəsiz əraziyə uzaqlaşdırılmasınını təşkil etmişlər. Yanğın saat 02:35-də söndürülmüşdür. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuş, 3 nəfər sakin xilas olunmuşdur;

Ağdaş rayonu, Qaraoğlan kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus traktorun lafet qoşqusuna yığılmış 28 ədəd arı təknəsi yanmışdır. Yanğın saat 03:43-də söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonunda qabaq şit yanmışdır. Yanğın saat 07:40-da söndürülmüşdür.

Geri

8 may 2012-ci il saat 00:41-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonu Xaqani küçəsi 42 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, “Trıntrava” restoranının zirzəmisində gizli yanğın baş vermişdir.Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri cəlb olunub.Hal-hazırda gizli yanğın mənbələri tapılıb söndürülmə işləri davam edir.

.