Geri

7 may 2012-ci il saat 23:00-dək, ilkin məlumata əsasən

07 may 2012-ci il tarixdə Zaqatala rayonunda baş vermiş zərzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə Qoşunlarının 450 nəfər şəxsi heyyəti, digər qurumlarından 100-ə yaxın xilasedici, yerli komissiyalarla birgə tikililərin vəziyyətinin qiymətləndirilməsi üçün mühəndis-konstruktorlar və 600-dən çox çadır bölgəyə cəlb edilmişdir. Ehtiyacı olanlar üçün çadırların qurulmasına başlanılmışdır.

Geri

7 may 2012-ci il saat 22:30-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 21:58-də Zaqatala rayonunundan 13 km cənubda zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4 bal olmuşdur. Yeraltı təkanlar Zaqatalada 3 bal, zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 3-2 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı və tikililərdə dağıntılar yoxdur.

 

Geri

7 may 2012-ci il, saat 20:00-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 19:15-də Zaqatala rayonunundan 14 km cənub-şərqdə təkrar yeraltı təkanlar qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 5,4 maqnitudada olmuşdur. Yeraltı təkanlar Zaqatala, Qax, Balakən rayonlarında 6, digər ətraf rayonlarda 3,0-4,0 bal gücündə hiss olunub.

 

Geri

7 may 2012-ci il saat 19:50-dək, ilkin məlumata əsasən

Şəmkir şəhərində “Azenerji” ASC-yə məxsus gücü 160 kVt olan transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirərkən məlum olmuşdur ki, vətəndaş qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarında riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından enərək 5-cı mərtəbədə yerləşən mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda bağlı qapı arxasında köməksiz vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər müvafiq qaydada otağın qapısını açmış və vətəndaşın oradan çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:12-də başa çatmışdır;

Qusar rayonu, Cibir kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğımsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

7 may 2012-ci il saat 17:15-dək, ilkin məlumata əsasən

Kütləvi informasiya vasitərində 07 may 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zərzələ zamanı Qax rayonu Meşəbaş kənd orta məktəbinin binasının uçması və şagirdlərin xəsarət alması barədə məlumatlar həqiqətə uyğun deyil. Meşəbaş kənd bələdiyyə sədri Fira Koşaioşvilinin Fövqəladə Hallar Nazirliyinə verdiyi məlumata əsasən  qeyd edilən kənd məktəbinin idman zalında 1m2 sahədə qismən dağıntılar olmuş, xəsarət alan olmamışdır.

Geri

7 may 2012-ci il saat 14:46-dək, ilkin məlumata əsasən

7 may 2012-ci il tarixində Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınmış zəlzələ ilə əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin mütəxəssisləri tərəfindən hazırda hadisə zonasına baxış keçirilir. Nazir artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olmuş və oradakı vəziyyətlə tanış olmuşdur. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinin ciddi zədələndiyi müəyyən edilmişdir. Ciddi dağıntıya məruz qalmış evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulmuşdur. Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir. Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq kommissiyalar fəaliyyətə başlamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanılmışdır. Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir. Son məlumatlara  əsasən, zəlzələ nəticəsində ciddi xəsarət alan yoxdur.

 

Geri

7 may 2012-ci il saat 11.45-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 10:38 və 10:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4,3 və 4,5 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. Son məlumata əsasən tələfat və xəsarət alanlar yoxdur. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Geri

7 may 2012-ci il saat 11.45-dək ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 7 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. İlkin məlumat əsasən, bəzi tikililərdə çatlar əmələ gəlmişdir. Son məlumatlara əsasən tələfat və xəsarət alanlar yoxdur. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Geri

7 may 2012-ci il, saat 09:00-dək:

Saatlı rayonu, Gomuşçu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda, Ballabur kənd sakini olan azyaşlının əlinin ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması və onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini çıxarmışlar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda “Mercedes-Benz” markalı minik avtomobili yol kənarında olan elektrik dirəyinə çırpılmışdır. Zərbə nəticəsində alovlanan avtomobilin yanar hissələri yanmışdır. Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət almış və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.