Geri

7 may 2012-ci il saat 17:15-dək, ilkin məlumata əsasən

Kütləvi informasiya vasitərində 07 may 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zərzələ zamanı Qax rayonu Meşəbaş kənd orta məktəbinin binasının uçması və şagirdlərin xəsarət alması barədə məlumatlar həqiqətə uyğun deyil. Meşəbaş kənd bələdiyyə sədri Fira Koşaioşvilinin Fövqəladə Hallar Nazirliyinə verdiyi məlumata əsasən  qeyd edilən kənd məktəbinin idman zalında 1m2 sahədə qismən dağıntılar olmuş, xəsarət alan olmamışdır.

Geri

7 may 2012-ci il saat 14:46-dək, ilkin məlumata əsasən

7 may 2012-ci il tarixində Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınmış zəlzələ ilə əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin mütəxəssisləri tərəfindən hazırda hadisə zonasına baxış keçirilir. Nazir artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olmuş və oradakı vəziyyətlə tanış olmuşdur. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinin ciddi zədələndiyi müəyyən edilmişdir. Ciddi dağıntıya məruz qalmış evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulmuşdur. Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir. Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq kommissiyalar fəaliyyətə başlamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanılmışdır. Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir. Son məlumatlara  əsasən, zəlzələ nəticəsində ciddi xəsarət alan yoxdur.

 

Geri

7 may 2012-ci il saat 11.45-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 10:38 və 10:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4,3 və 4,5 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. Son məlumata əsasən tələfat və xəsarət alanlar yoxdur. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Geri

7 may 2012-ci il saat 11.45-dək ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 7 bal olmuşdur. Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunmuşdur. İlkin məlumat əsasən, bəzi tikililərdə çatlar əmələ gəlmişdir. Son məlumatlara əsasən tələfat və xəsarət alanlar yoxdur. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunmuşdur. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.

Geri

7 may 2012-ci il, saat 09:00-dək:

Saatlı rayonu, Gomuşçu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda, Ballabur kənd sakini olan azyaşlının əlinin ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması və onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini çıxarmışlar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda “Mercedes-Benz” markalı minik avtomobili yol kənarında olan elektrik dirəyinə çırpılmışdır. Zərbə nəticəsində alovlanan avtomobilin yanar hissələri yanmışdır. Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət almış və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.